thumb|Mamidakis ailəsinə məxsus yanacaqdoldurma məntəqələrindən biri (2007-ci il) "Mamidoil Jetoil" — Yunanıstanın neft şirkətiNeft şirkətinin sahibi evində ölü tapıldı . lent.az, 03.07.2016 Yunanıstanın ən uzunömürlü və böyük şirkətlərindən biridir.
1968-ci ildə yaradılmış "Mamidoil Jetoil" şirkəti Yunanıstan və Balkan ölkələrində neft məhsullarının saxlanılması, daşınması və ticarəti ilə məşğul olmuşdur. Şirkətin "JETOIL" brendi ilə 600 yanacaqdoldurma məntəqəsi olmuşdur. Eyni zamanda törəmə müəssisələri vasitəsilə Albaniya, Bolqarıstan, Serbiya və Kosovoya sərmayə yatırmışdır.
Şirkətin böyük problemləri 2015-ci ildə başlamışdır. Nəticədə Yunanıstanın cənubundakı biznesi satılmışdır. 2015-ci il iyun ayının əvvəlində şirkət iflasa uğradığının elan olunması üçün ərizə vermişdir. Şirkətinin 2015-ci ilin sonuna kreditorlara və dövlətə 314 milyon avro borcu olmuşdur. Müştərilərin isə şirkətə 174 milyon avro borcu olmuşdur.
Şirkətinin sahibi olan 84 yaşlı Kiriakos Mamidakis şirkəti iflasa uğradığı üçün 2016-cı ildə Krit adasındakı evində intihar etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1968-ci ildə yarananlar Kateqoriya:Neft şirkətləri Kateqoriya:Yunanıstan şirkətləri