Əsma Sultan () — 32-ci Osmanlı padşahı Əbdüləzizin qızıdır.

Həyatı Əsma Sultan 1873 tarixində Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Gövhəri Qadınəfəndidir. Hələ 3 yaşında ikən atası devrilərək öldürülmüş, II Əbdülhəmid taxta oturmuşdur. Bundan sonrakı həyatını II Əbdülhəmidin Ulduz Sarayındakı hərəmində keçirmişdir. İlk təhsilini 1879-cu ildə qardaşları Seyfəddin Əfəndi və Şövkət Əfəndi, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 1889 tarixində Şahaplı Çərkəz Mehmed Paşa ilə evləndirilmişdir. 1899 tarixində beşinci övladını dünyaya gətirərkən vəfat etmişdir.Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.

Övladları Sultanzadə Həsən Bədrəddin Əfəndi (1890–1909) Sultanzadə Hüseyn Xeyrəddin Əfəndi (1890–1956) Fatma Sidiqə xanım Sultan (1894–1894) Sultanzadə Sadəddin Əfəndi (1895–1976) Sultanzadə Bəyzadə Abdullah Əfəndi (1899–1899)

Mənbə

Kateqoriya:Osmanlı sultanlarının qızları