Lintax () — Kiçik Zond adalarına daxil olan Komodo və Rinka adaları arasında yerləşir. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Daxilində çoxlu qayalıqlar vardır. Ərazisi Komodo Milli Parkı ərazisinə daxildir. Sahilləri turistləri cəlb edir. Coğrafiyası thumb|250px|left Boğazın uzunluğu 40 km-dir. Eni minimal 4,7 km, şimal-şərqdə isə 20 km təşkil edir. Maksimal dərinliyi 100 m-dir. Sahillərinin bir hissəsi Manqrov meşəsi ilə örtülü olur. Suyunun temperaturu 26-27 °C təşkil edir. Boğaz mussonların təsirinə məruz qalır. Suyunun duzluluğu 34 ‰-dir. İqtisadiyyatı thumb|250px|left İl ərzində boğaz ərazisinə 63801 nəfər turist ayaq basır (2013). Bunun 85 %-i xaricilər olur. Suları dayvinq həvəskarlarını özünə cəlb edir. Əvvəllər regionun əsas gəliri balıqçılıqdan əldə edilirdi, hazırda isə turizm ön plandadır.

İstinadlar

Kateqoriya:İndoneziya boğazları Kateqoriya:Hind okeanının boğazları