() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaskaya kimi və cənubda Virciniyadan Viskonsinə qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır. Toxumların uzunluğu 2 mm, tünd-qonur, narıncı-qonur qanadı 2–3 dəfə ondan uzundur. ədəni .raitdə torpaqlara az tələbkar, kölgəyə davamlıdır. Avropada 1700-cü ildən becərilir, az miqdarda rast gəlinir. Qışadavamlıdır, hər yerdə qozalar və toxumlar əmələ gətirir. Cənubda ilin quru dövrlərində suvarılmaya ehtiyacı var. Hətta əlverişli şəraitdə yavaş böyüyür. Kiçik ölçülərinə görə onu kiçik sahələrdə istifadə etmək olar. Küknarların digər növlərindən fərqli olaraq hər il bol meyvə verir. Ensiz çətiri və göyümtül xırda iynəyarpaqları ilə fərqlənir. Avropada və Şimali Amerikada qara küknarın dekorativ formalarından ("Kobold", "Baysneri", "Doumeti", "Nana", "Argenteo-varieqata"), qızılı, parlaq iynəyarpaqlı "Aurea", sallaq çətirli "Pendula", alçaqboylu "Empetroides", "Erikoides" və s.-dən hələlik yaşıllaşdırmada az istifadə edilir. Azərbaycanın cənub rayonlarında çox davamlıdır, ancaq az rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1888-ci ildə təsvir edilən bitkilər Kateqoriya:1923-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar