2003 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 48-ci Avroviziya Mahnı Müsabiqəsidir. Marie N-in ifa etdiyi "I Wanna" adlı mahnı ilə 2002 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2003-cü ildə Latviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Latviyanın paytaxtı Riqa şəhərində Skonto Hall arenasında keçirilmişdir. Müsabiqə 2003-cü ilin 24 may tarixində baş tutmuşdur. Latviyaya Avroviziya 2002-də qalibiyyət gətirən Marie N müsabiqəyə aparıcılıq etmişdir.

2003-cü ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2003-cü ildə eyni zamanda Ukrayna ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 26 ölkənin iştirak etdiyi Avroviziya 2003-də Türkiyə təmsilçisi Sərtab Ərənər ifa etdiyi "Everyway That I Can" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yerdə qərarlaşan Belçika təmsilçilərini qalibiyyətdən cəmi iki xal ayırmışdı. Bu 1975-ci ildən etibarən Avroviziyada iştirak edən Türkiyənin müsabiqədə ilk qələbəsi idi.

Müsabiqə formatında dəyişiklik Avroviziya Mahnı Müsabiqəsinin qaydalarına görə şounun yayım vaxtının 3 saatı keçməməsi məqsədilə hər il müsabiqədə yalnız 23–26 ölkənin iştirak etməsinə icazə var idi. Lakin son illərdə müsabiqəyə artan maraq və bir çox ölkələrin müsabiqədə iştirak etmək istəyi Avroviziyanın genişləndirilərək, iki gün keçirilməsi fikrini önə sürürdü. 29 yanvar 2003-cü il tarixində Avropa Yayımlar Birliyi növbəti 2004 Avroviziya Mahnı Müsabiqəsində şounun yeni formatda təşkil olunacağını açıqlamışdır. Belə ki, yeni qaydalara görə müsabiqənin finalında ilk onluğa girən ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) növbəti müsabiqədə birbaşa olaraq final mərhələsinə vəsiqə qazanmış olurlar. Digər iştirakçı ölkələr isə müsabiqənin ilk günündə final uğrunda mübarizə aparmalı idilər. Yeni format ilə 2004 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanan ölkələr Türkiyə, Belçika, Rusiya, Norveç, İsveç, Avstriya, Polşa, İspaniya, İslandiya, Rumıniya, İrlandiya, Almaniya, Böyük Britaniya və Fransa idi.

Final Qalın hərflərlə yazılmış ölkələr 2004 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır. № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Birqitta "Open Your Heart" Ürəyini aç 8 81 02 Almanca Alf Poyer "Weil der Mensch zählt" İnsan hər şeyin ölçüsüdür 6 101 03 İngiliscə Miki Hart "We've Got the World" Dünya bizimdir 11 53 04 İngiliscə Sərtab Ərənər "Everyway That I Can" Bacardığım bütün yollarla 1 167 05 İngiliscə Linn Kirkop "To Dream Again" Yenidən arzulamaq 25 4 06 Xorvatca, İngiliscə Miya Martina "Ne brini" Narahat olma 16 27 07 Portuqalca, İngiliscə Rita Querra "Deixa-me sonhar" İcazə ver xəyala dalım 22 13 08 Xorvatca, İngiliscə Klaudia Beni "Više nisam tvoja" Mən artıq sənin deyiləm 15 29 09 İngiliscə Stelios Konstantas "Feeling Alive" Yaşadığını hiss etmək 20 15 10 İngiliscə Lu "Let's Get Happy" Gəlin xoşbəxt olaq 11 53 11 Rusca T.A.T.u. "Ne ver', ne boysia" () İnanma, qorxma 3 164 12 İspanca Bet "Dime" Söylə mənə 8 81 13 İvritcə Lior Narkis "Words for Love" Sevgi sözləri 19 17 14 İngiliscə Ester Hart "One More Night" Daha bir gecə 13 45 15 İngiliscə Jemini "Cry Baby" Ağla körpə 26 0 16 İngiliscə Oleksandr "Hasta la Vista" Sağ ol 14 30 17 İngiliscə Mando "Never Let You Go" Getməyinə heç vaxt imkan vermərəm 17 25 18 İngiliscə Yostein Hasselqord "I'm Not Afraid to Move On" İrəliləməkdən qorxmuram 4 123 19 Fransızca Luiza Beyleş "Monts et merveilles" Dağlar və möcüzələr 18 19 20 Almanca, Polyakca, Rusca Ich Troje "Keine Grenzen – Żadnych granic" Sərhədsiz 7 90 21 İngiliscə F. L. Y. "Hello from Mars" Marsdan salam 24 5 22 Süni dildə Urban Trad "Sanomi" - 2 165 23 İngiliscə Ruffus "Eighties Coming Back" Səksəninci illər geri dönür 21 14 24 İngiliscə Nikola "Don't Break My Heart" Qəlbimi qırma 10 73 25 İngiliscə Fame "Give Me Your Love" Sevgini mənə ver 5 107 26 İngiliscə Karmen "Nanana" - 23 7

Nəticələr Səsvermə metodu:Çəhrayı: SMS səsverməsi.Mavi: Münsif səsverməsi. Səs verən ölkələr Cəmi İslandiya 81 7 8 12 6 5 1 6 4 12 1 1 3 3 1 7 4 Avstriya 101 10 6 5 10 5 4 2 8 8 8 2 8 4 2 6 6 7 İrlandiya 53 2 5 5 7 4 7 12 1 6 1 1 2 Türkiyə 167 3 12 4 12 8 10 8 10 3 7 12 7 2 7 10 10 2 12 10 8 10 Malta 4 3 1 Bosniya və Herseqovina 27 7 12 8 Portuqaliya 13 2 2 3 6 Xorvatiya 29 5 6 3 6 1 8 Kipr 15 2 1 12 Almaniya 53 8 1 4 3 7 4 2 4 5 2 2 1 10 Rusiya 164 4 8 10 1 3 4 12 10 8 6 10 1 12 10 2 7 4 12 7 12 7 2 12 İspaniya 81 6 2 12 7 6 6 12 5 5 10 5 4 1 İsrail 17 5 1 3 8 Niderland 45 5 7 2 10 2 1 5 8 5 Böyük Britaniya 0 Ukrayna 30 8 4 10 5 3 Yunanıstan 25 1 4 12 5 1 2 Norveç 123 12 2 12 6 5 7 4 3 7 6 7 3 6 7 6 10 3 12 5 Fransa 19 8 2 3 6 Polşa 90 10 10 12 5 4 2 8 6 4 5 8 5 4 4 3 Latviya 5 5 Belçika 165 7 4 10 7 10 6 3 6 3 12 8 10 5 10 8 3 12 12 10 8 8 3 Estoniya 14 1 8 2 3 Rumıniya 73 6 1 7 1 2 4 12 10 6 6 4 1 4 8 1 İsveç 107 5 3 8 1 3 2 1 3 7 5 3 10 5 7 2 7 6 4 7 12 6 Sloveniya 7 4 3

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:2003-cü ildə Latviya