Birminqem-Şattlsvort beynəlxalq hava limanı () (BHNA: BHM, BMAT: KBHM, FAA yer identifikatoru: BHM) - ABŞ-nin Alabama ştatının Birminqem şəhərinə və Taskalusa daxil olmaqla şəhərin metropoliten ərazisinə xidmət edən mülki-hərbi hava limanı. Əvvəllər Birminqem Bələdiyyə Hava Limanı, daha sonra Birminqem Beynəlxalq Hava Limanı adı ilə fəaliyyət göstərmişdir. Hava limanı Cefferson qraflığında, Birminqem şəhər mərkəzindən şimal-şərqdə, I-20 və I-59 yollarının kəsişməsinin yaxınlığında yerləşir.
Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı 40 şəhərdə yerləşən 43 havalimanına 136 uçuş daxil olmaqla gündə ortalama 301 təyyarə əməliyyatı həyata keçirir. Hava limanı 2014-cü ildə 2,598,428 sərnişinə xidmət etmiş və Alabama ştatında sərnişin həcminə görə ən böyük və ən işlək hava limanı olmuşdur.
Aerodrom bütün növ təyyarələri qəbul edə bilir. Əsas uçuş-enmə zolağı uzunluğundadır..Federal Aviasiya Administrasiyası. İkinci uçuş-enmə zolağı isə uzunluğundadır. II kateqoriyalı alətli enmə sistemi (AES) görüş məsafəinin 400 metrdən az olduğu hallarda belə əməliyyat etməyə imkan verir.
2008-ci ilin iyul ayında hava limanına Fred Şattlsvortun adı verilmişdir.
Cənub Uçuş Muzeyi şimal-cənub uçuş-enmə zolağının şərq tərəfində, Birminqem Hava Limanı İdarəsinin ərazisində yerləşir.
Tarixi thumb|Birminqem Hava Limanının havadan görünüşü, 1951-ci il mart ayı
Birminqemdə kommersiya məqsədli hava xidməti St. Tammy and Gulf Coast Airways tərəfindən Birminqemin qərbində yerləşən Roberts Filddən Atlantadan Nyu-Orlean istiqamətində olan reys üstündə başlamışdır.Dodd, Don "Birmingham Aviation: From Fairgrounds Air Shows to the Southern Museum of Flight”, Alabama Review, January 2004. Delta Air Service 1929-cu illin sonlarında Dallasdakı Dallas Lav Filddən 6 nəfərlik Travel Air tipli təyyarə ilə uçuşlara başlamışdır. American Airways (indiki American Airlines) Atlanta-Fort-Uort reysinin açdığı vaxt Birminqem bura daxil etmədi, çünki onların istifadə etdiyi Ford Tri-Motor tipli təyyarələr Roberts Fildə enə bilmirdilər. Bu səbəbdən Birminqem indiki Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanının tikintisinə başladı.
Hava limanı tərkibində iki mərtəbəli, ağ, qriqori üslubunda tikilmiş terminal və bir şərq-qərb uçuş-enmə zolağından ibarət olaraq 31 may 1931-ci ildə açıldı. İndi 1931-ci ildəki terminal qalıqları görünmür. 1931-ci ildə American Airlines və 1934-cü ildə Eastern Airlines hava nəqliyyatı əməliyyatlarını artırması ikinci uçuş-enmə zolağının mümkünlüyünə zəmanət verdi.
İkinci dünya müharibəsi vaxtı hava limanı milli müdafiəni dəstəkləmək məqsədi ilə illik 1 $ qarşılığında Amerika Birləşmiş Ştatları Ordusu Hava Qüvvələrinə icarəyə verildi. Birminqem Hərbi Aerodromu 310-cu Ordu Hava Qüvvələri Baza Dəstəsinin tabeliyində 3-cü Hava Qüvvələrinin tərkibində qırıcı baza kimi fəaliyyət göstərirdi. Ordu Hava Qüvvələri xeyli torpaq satın alınması, əlavə yönəldici yolların asfaltlanması, nəzarət qülləsinin və terminalın cənubunda təyyarə modifikasiya mərkəzinin (ind Pemco tərəfindən idarə olunur) tikintisi ilə hava limanını inkişaf etdirdi.
Hava limanı şəhərin tabeçiliyinə qayıtdıqdan sonra 1948-ci ilin avqust ayında Southern Airways xidmətə başladı. 1951-ci ilin martında 5/23 (indiki 6/24) və 18/36 uçuş-enmə zolağı, 5/23 uçuş-enmə zolağının şimalında (45/225 dərəcədə) və cənubunda (85/265 dərəcədə) da bir uçuş-enmə zolağı olmaqla dörd uçuş-enmə zolağı mövcud idi. Uçuş-enmə zolaqlarının uzunluğu - arasında idi. 45/225 dərəcədə mövcud olmuş uçuş-enmə zolağının indi böyük hissəsi dağıdılmış, qalan hissəsi isə Alabama Hava Milli Qvardiyası binasının yaxınlığında F taksiyolu ilə kəsişmədə qalır və hava limanı avadanlıqları və vertolyotların enməsi və parklanması üçün istifadə olunur. 85/265 dərəcədə mövcud olmuş uçuş-enmə zolağının da indi böyük hissəsi dağıdılmış, qalan hissələri ilə isə A5 taksiyolu və 18/36 uçuş-enmə zolağının şərqində F taksiyolu inşa edilmişdir.Federal Aviation Administration Airport Diagram, Birmingham International (BHM), SE-4, June 5, 2008
1959-cu ildə 5/23 uçuş-enmə zolağı uzunluğunda idi və Capital Airlines Britaniya istehsalı Vickers Viscount təyyarələri ilə xidmətə başladı. İlk planlaşdırılmış jet uçuşları 1961-ci ildə Delta hava yolları tərəfindən ATL-BHM-MSY-LAX və əks istiqamətdə təşkil edildi.
Hava yolları və uçuş nöqtələri
Sərnişin
Çarter
Karqo
İstinadlar
Həmçinin bax
Kateqoriya:Alabama hava limanları