thumb|İkinci manqa adaptasiyasının birinci cildinin üzlüyü. Personajlar: Ram (solda) və Rem (sağda) "Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış eyniadlı ranobe seriyasıdır. Ranobe seriyası əsasında 3 manqa adaptasiyası və bir neçə spin-offu istehsal olunmuşdur.
Ranobe ilk öncə Tappey Naqatsuki tərəfindən "Shōsetsuka ni Narō" istifadəçi məzmunlu veb-roman saytında veb-roman kimi yayımlanırdı və 20 aprel 2012-ci ildən yayımlanmağa davam edir. 1 aprel 2016-cı ilə kimi bu saytda 6 roman və iki yan hekayə (ümumilikdə 429 fəsil) yayımlanmışdır. Veb-romanın yayımlanmasından sonra Media Factory tərəfindən MF Bunko J leyblı altında 25 yanvar 2014-cü ildə ilk ranobe cildi nəşr olunmuşdur. 2026-cı ilin iyun una kimi ranobenin seriyasının qırx altı cildi, eləcə də, beş yan hekayə cildi və yeddi qısa hekayə kolleksiyası nəşr olunub.
Ranobe seriyasının ilk 3 arkı əsasında manqa adaptasiyaları istehsal olunmuşdur. Dayçi Matsue tərəfindən hazırlanan birinci manqa Media Factory tərəfindən 2014-cü ilin iyunundan 2015-ci ilin martına kimi nəşr olunmuşdur. Makoto Fuqetsu tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin oktyabrından Square Enix tərəfindən nəşr olunur. Matsue tərəfindən hazırlanan üçüncü manqa 2015-ci ilin mayından Media Factory tərəfindən çap olunur. Bundan əlavə, 2016-cı ilin iyununda Media Factory tərəfindən manqa antologiyası çapdan çıxmışdır.
Yen Press ranobe seriyasını və hər üç manqa adaptasiyalarını Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Ranobe
Cildlər
Ex
Qısa hekayə kolleksiyaları
Manqa
A Day in the Capital Dayçi Matsue tərəfindən istehsal olunmuş Media Factory nəşriyyatının seynen manqası jurnalı "Monthly Comic Alive" jurnalının 2014-cü il avqust buraxılışı ilə 27 iyun 2014-cü ilə nəşr olunmağa başlamışdır. Manqanın sonuncu cildi 23 mart 2015-ci ildə çapdan çıxmışdır.
2 dekabr 2015-ci ildə Yen Press manqanı lisenziyalaşdırdığını açıqlamışdır.
Week at the Mansion Makoto Fuqetsunun rəssamlığı ilə istehsal olunan adlı ikinci manqa adaptasiyası Square Enix nəşriyyatının "Monthly Big Gangan" seynen manqası jurnalında 25 oktyabr 2014-cü ildə nəşr olunmağa başlamışdır.
İkinci manqa adaptasiyası da Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Truth of Zero Daychi Matsue tərəfindən hazırlanan üçüncü manqa adaptasiyası "Comic Alive" jurnalının 27 may 2015-ci ildə çıxan iyun 2015-ci il buraxılışında nəşr olunmağa başlamışdır.
Üçüncü manqa adaptasiyası da Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
The Sanctuary and the Witch of Greed Dördüncü bir manqa, Haruna Atori'nin sənət əsərləri ilə seriallaşdırılır
Dördüncü manqa da Yen Press tərəfindən nəşr üçün lisenziyalaşdırılmışdır.
Antologiya adlı manqa antologiyası 23 iyun 2016-cı ildə Media Factory tərəfindən nəşr olunmuşdur.
İstinadlar
Xarici keçidlər Kitabların siyahısı rəsmi ranobe saytında Week at a Mansion Edition manqasının rəsmi saytı "Big Gangan"-da
Kateqoriya:Ranobe siyahıları Kateqoriya:Manqa cildlərinin və fəsillərinin siyahıları