thumb|Jimmy Wales 2014 on CeBIT Global Conferences, Wikipedia Zero Cimmi Donal Vels (; ) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Vels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan "Wikia" adlı şirkətin qurucusudur.
Həyatı 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Vels iqtisadiyyat üzrə Obern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir.
1996-cı ildə Vels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Vels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Vels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Vels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratmışdır. "Vikipediya", həmçinin "wiki" (havay dilində "mümkün qədər tez") mexanizminə əsaslanırdı, əvvəlcə "Nupedia" ensiklopediyasının məzmununu formalaşdırmalı olan köməkçi sayt kimi yaradılmışdı. Hazırda, "Vikipediya" dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. "Vikipediya" müraciətlərin sayına görə sorğu resurslardan sonra ikinci yeri tutur.
2003-cü ilin 20 iyun tarixində Vels "Vikipediya" və digər bu tipli layihələrin dəstəyilə məşğul olan qeyri-kommersiya təşkilatını – Vikimedia Fondunu, Florida ştatında və Sankt-Peterburqda yaratdı. 2009-cu ildə Cimmi Vels veb-saytın istifadəçilərinə müraciət edərək maliyyə yardımına ehtiyac olduğunu bildirmişdir. Bu müraciətdən sonra saytın 125 mindən artıq istifadəçisi 4 milyon dollar dəyərində ianə etmişdir. "Vikipediya"nın uğurlarından ilham alan Vels 2004-cü ildə Ancela Bizli ilə birlikdə "Vikicities"in layihəsini idarə etməsi ilə məşğul olan "Wikia" kommersiya şirkətinin əsasını qoymuşdur. 2005-ci ilin 3 oktyabrında Vels viki-texnologiyaların təchizatçısı olan "Socialtext" şirkətinin Direktorlar Şurasına qoşulmuşdur. Hazırda Cimmi, həyat yoldaşı Kristin və qızı Kira ilə Floridada və Sankt-Peterburqda yaşayır.
Ailəsi 2012-ci ilin oktyabrında Keyt Qarvi ilə ailə həyatı qurmuşdur"Wikipedia"nın yaradıcısı Cimmi Vels evləndi .
Həmçinin bax Vikipediya
İstinadlar
Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ blogerləri Kateqoriya:Vikipediya tarixi Kateqoriya:Vikipediya şəxsləri Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ informatikləri Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Bioqrafik qaralamalar Kateqoriya:Birləşmiş Krallıq immiqrantları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Şəxslər:Florida Kateqoriya:Tənqidçilər Kateqoriya:Vikimedia Fondunun əməkdaşları Kateqoriya:XX əsr ABŞ şəxsləri Kateqoriya:XXI əsr ABŞ şəxsləri