Another Part Of Me – Maykl Ceksonun 1987-ci ildə çıxardığı yeddinci solo albomu – Bad albomundan olan sinql. Mahnı sinql kimi 1988-ci ildə satışa çıxarılmışdır. Mahnının prodüserliyini ifaçıyla yanaşı Quincy Jones etmişdir. Əslində mahnı ilk dəfə 1986 – cı ildə Captain EO 3-D filmi üçün ifa edilmişdir. 1988 ci il 11 iyul tarixində mahnı sinql kimi satışa çıxarıldıqdan sonra isə Michael Jackson's Moonwalker video oyununda da soundtrack kimi istifadə edilmişdir.
Mahnı daha çox 1988-ci ildə çıxan Moonwalker filminin tanıtımı üçün çıxarılmış xarakteri daşıyır. Həmçinin mahnı Grand Theft Auto: Episodes from Liberty City video oyununda da maşında, Vice City FM radio dalğasında səslənən mahnı kimi istifadə edilib.
2009-cu ilin iyulunda Madonna “Sticky & Sweet Tour” turunun ikinci hissəsində mahnının bir hissəsini istifadə etmişdir. Cekson imitatoru Cekson mahnılarının popuri rəqsi zamanı mahnıdan istifadə etmişdir.
“Bad” albomunun 2001-ci il xüsusi buraxılışı üçün verdiyi müsahibədə Kuinsi Cons qeyd edir ki, “Cekson "Another Part of Me" yerinə "Streetwalker" mahnısını yayımlamaq istəmişdir. Lakin, menecer Frenk DiLeonun mahnının sədaları altında rəqs etməsini gördükdən sonra məhz "Another Part of Me" mahnısını alboma daxil etmişdir.” “Streetwalker” mahnsısı isə 2001-ci ildə Bad albomunun 25 illik yubiley buraxılışına daxil edilmişdir.
Musiqi videosu
Ceksonun Bad Dünya Turu zamanında mahnını ifa etməsinin təsvir edildiyi və Patrik Kellinin rejissorluğu ilə çəkilmiş rəsmi musiqi videosu 1988-ci ildə çıxarılmışdır. Videoda istifadə olunmuş kadrlar 16 iyulda Uembli stadionunda baş tutmuş konsert, həmin günün canlı yol çəkilişləri və 27-28 iyunda “Parc des Princes”də baş tutmuş konsertdən götürülmüşdür. Musiqi videosu “Michael Jackson's Vision” və “Bad 25” video toplularında satışa çıxarılmışdır.
Canlı ifalar
Maykl Cekson “Bad Dünya Turnesi”nin ikinci mərhələsinə baş tutmuş konsertlərdə mahnını canlı ifa etmişdir. ABŞ konsertlərində mahnının orijinal sürətdə ifa olunsa da, bəzi alətlər dəyişdirilmişdi. Avropa konsertlərində isə mahnı orijinaldan daha surətlə ifa edilmişdi. Mahnının canlı ifası “Live at Wembley July 16, 1988” DVD-sində yayımlanmışdır. Mahnının bir hissəsi “This Is It” konsertlərində “Jam” mahnısı ilə birgə ifa üçün nəzərdə tutulsa da, müğənninin qəfil ölümü ilə konsertlər təxirə salınmışdır.
Kompozisiyalarının siyahısı
7" Another Part of Me (Single Mix) – 3:46 Another Part of Me (Instrumental) – 3:46
12" single and Picture Disc – CD Maxi Another Part of Me (Extended Dance Mix) – 6:18 Another Part of Me (Radio Edit) – 4:24 Another Part of Me (Dub Mix) – 3:51 Another Part of Me (A Cappella) – 4:01
United States (Promo CD Single) Another Part of Me (Single Mix) Another Part of Me (Extended Dance Mix) Another Part of Me (Radio Edit) Another Part of Me (Dub Mix) Another Part of Me (A Cappella)
Personal Sözləri və musiqisi - Maykl Cekson Prodüser - Kuinsi Cons Prodüser köməkçisi - Maykl Cekson Solo və fon vokal - Maykl Cekson Gitaralar - Pol Cekson, Jr., Devid Vilyams: Saksafonlar - Kim Hatkroft, Larri Vilyams Trubalar - Qari Qrant, Cerri Hey Sinklavyer - Kristofer Kurrell Sintezatorlar - Con Barns, Rett Lourens Ritm və vokal aranjimanı - Maykl Cekson və Con Barns Nəfəsli alətlərin aranjimani - Cerri Hey
Hit paradlardakı mövqeyi Həftəlik hit-paradlar
Hit-parad (1988)YüksəldiyiyerBelçika (VRT Top 30 Flanders)3Kanada (RPM 100 Singles)28Kanada (RPM 20 Dance Singles)10İtaliya (FIMI)47Polşa(Polish Singles Chart)9ABŞ Billboard Hot 10011ABŞ Billboard Hot Black Singles1ABŞ Billboard Hot Dance Club Play18ABŞ Cash Box. Cash Box magazine. Retrieved February 1, 2014.12
Hit-parad (2009)Yüksəldiyiyer
İl sonu hit-paradı Hit-parad (1988)YüksəldiyiyerBelçika (Ultratop 50 Flanders)50
İstinadlar
Xarici keçidlər Klipini izlə 1988-ci ildə canlı ifasını izlə
Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Maykl Cekson mahnıları Kateqoriya:1986-cı ilin mahnıları Kateqoriya:1988-ci ilin sinqlları Kateqoriya:1987-ci ilin mahnıları