İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olubGəncənin qəribə və maraqlı evləri — FOTO. milli.az, 27.10.2013 .
Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
Həmçinin bax Butulkalı ev Çaynikli ev
İstinadlar
Kateqoriya:1990-cı illərdə yarananlar Kateqoriya:Gəncənin görməli yerləri