— Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir.

Məzmun Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq. Lakin tezliklə yeni tip Tanrı arkı kəşf edilir: bu tip həm pulemyot, həm də bıçaq ola bilir. Bu andan etibarən yeni tiplərə güvənərək Araqamiləri yox etmək üçün yeni plan başladılır.

Personajlar

Yayım 28 sentyabr 2009-cu ildə Ufotable tərəfindən istehsal olunmuş prikvel OVA seriyası buraxılmışdır. Daha sonra Takayuki Hiraonun rejissorluğu və Keyta Şimizunun dizaynerliyi ilə Ufotable studiyası tərəfindən franşizin 5 illiyi münasibətilə anime serialı çəkilmişdir. Anime serialı 12 iyul 2015-ci ildə Tokyo MX, BS 11 və digər kanallar vasitəsilə yayımlanmağa başlamışdır. Anime Daisuke vasitəsilə bütün dünyada (Çin və Yaponiya istisna) yayımlamağa başlamışdır. Əslində anime serialının 5 iyul 2015-ci ildən yayımlanması planlaşdırılmış, lakin istehsal prosesində yaranan bəzi problemlərə görə yayım 1 həftə gecikmişdir və əvəzində "God Eater Extra" adlı qısa anime yayımlanmışdır. Doqquzuncu seriya yayımlandıqdan sonra böyük fasilə olmuş və qalan seriyalar 2016-cı ilin martında nümayiş etdirilmişdir. Animenin açılış mahnısı Oldcodex rok qrupu tərəfindən ifa olunan "Feed A", bağlanış mahnısı isə Qo Şiina və Naomi tərəfindən ifa olunan "Ruined Land" mahnısı olmuşdur. Ufotable Tanrı arkı silahlarını animasiya etmək üçün əl ilə çəkilən animasiyadan istifadə etmişdir.

Seriya siyahısı № Başlıq Yayım tarixi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Antiutopik anime və manqalar Kateqoriya:Postapokaliptika anime və manqaları Kateqoriya:2009-cu ilin anime OVA-ları Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Ufotable Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:Uydurmada XXI əsr Kateqoriya:Uydurmada genetik mühəndisliyi Kateqoriya:Uydurma silahlar Kateqoriya:Videooyunlara əsaslanan anime serialları Kateqoriya:Ekşn teleserialları