thumb|330x330px|Dağ xizəki yarışlarının medalçıları: gümüş medalçı Tina Maze (Sloveniya), qızıl medalçı Andrea Fişbaçer (Avstriya) və bürünc medalçı Lindsey Vonn (Birləşmiş Ştatlar) 2010 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXI Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 12-dən 28-nə qədər Kanadanın Vankuver şəhərində baş tutdu. Ümumi olaraq 82 dövlətin 2 632 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Vankuver Olimpiadasında 86 medal dəsti uğrunda mübarizə getdi.

Vankuver Olimpiadasında 26 ölkənin idmançıları ən azı bir medal qazandı, həmin ölkələrdən 19-u ən azı bir qızıl medal qazandı. Kanada ilk dəfə ev sahibi olduğu Olimpiya Oyunlarında qızıl medal qazandı; buna qədər Kanada 1976-cı ildə Monrealda və 1988-ci ildə Kalqaridə qızıl medal qazana bilmədi. Həmçinin Kanada idmançıları tarixində ilk dəfə medal sıralanmasında birinci yeri tutdu, bundan savayı Kanada Qış Olimpiya Oyunlarında ən çox qızıl medal qazanan ölkə oldu, (14). Buna qədər SSRİ 1976-cı ildə və Norveç 2002-ci ildə 13 qızıl medal qazandı. Amerika Birləşmiş Ştatları isə Qış Olimpiya Oyunlarında ən çox medal qazanan ölkə olaraq yeni rekorda imza atdı, (37). Keçmiş rekord 2002-ci ildə Almaniya tərəfindən qeydə alındı, (36). Belarus və Slovakiyanın idmançıları tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında qızıl medal qazandı.

Norveç xizəkçisi Marit Börgen Vankuver Olimpiadasında ən çox medal qazanan idmançı oldu, beş medal (üç qızıl, bir gümüş və bir bürünc) və həmçinin Çinli şort-trekçi Van Men üç qızıl medal qazanaraq, ən çox qızıl medal qazanan idmançıdan biri oldu.

Medal sıralanması thumb|330x330px|Fiqurli konkisürmə yarışlarının mükafatçıları: Gümüş medalçı Meryl Davis və Çarlie Vite (ABŞ), qızıl medalçı Tessa Virtue və Skott Moir (Kanada), bürünc medalçı Oksana Domnina və Maksim Şabalin (Rusiya) Vankuver Olimpiadasında kişilərin fərdi biatlon yarışlarında qızıl medal Norveç qazandı. Gümüş medal isə iki idmançıya təqdim olundu, Norveç və Belarus idmançılarına. Bürünc medal isə təqdim olunmadı.

* — ev sahibi (Kanada) SıraÖlkəQızılGümüşBürüncCəmi1 Kanada (CAN)*1475262 Almaniya (GER)10137303 Amerika Birləşmiş Ştatları (USA)91513374 Norveç (NOR)986235 Cənubi Koreya (KOR)662146 İsveçrə (SUI)60397 Çin (CHN)52411 İsveç (SWE)524119 Avstriya (AUT)4661610 Niderland (NED)413811 Rusiya (RUS)3571512 Fransa (FRA)2361113 Avstraliya (AUS)210314 Çex Respublikası (CZE)203615 Polşa (POL)132616 İtaliya (ITA)113517 Belarus (BLR)1113 Slovakiya (SVK)111319 Böyük Britaniya (GBR)100120 Yaponiya (JPN)032521 Sloveniya (SLO)0213 Xorvatiya (CRO)021323 Latviya (LAT)020224 Finlandiya (FIN)014525 Estoniya (EST)0101 Qazaxıstan (KAZ)0101Cəmi (26 ölkə)868785258

Qalereya

Həmçinin bax 2010 Qış Olimpiya Oyunları

Mənbələr

İstinadlar

Xarici keçidlər 2010 Olimpiya Oyunlarının rəsmi saytında medal sıralanması

Kateqoriya:2010 Qış Olimpiya Oyunları Kateqoriya:Qış Olimpiya Oyunlarının medal sıralanması