Camaləddin Məhəmmədov () — 2007-2008-ci illərdə Rusiyanı, 2009-2021-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçisi.
Karyerası Camaləddin Məhəmmədov 2007-ci ildə Serbiyanın Belqrad şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə isə Camaləddin Məhəmmədov Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu. Bu turnir zamanı Azərbaycan Güləş Federasiyası Camaləddin Məhəmmədovu Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin dönəmdə Rusiya yığmasının bir nömrəsi son Dünya Çempionatının qalibi Bilyal Maxov olduğuna görə Camaləddin Məhəmmədov yığmada əsas heyət üzvü olmayacağını başa düşdü və Azərbaycan Güləş Federasiyasının dəvətini qəbul etdi.
Camaləddin Məhəmmədov Azərbaycan bayrağı altında 2009-cu ildə Tbilisidə gənclər arasında Avropa Çempionatının qalibi oldu, İstanbulda isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. 2010-cu il ərzində Qızıl Qran-Pri beynəlxalq turnirinin finalçısı olan Camaləddin Məhəmmədov 2011-ci ildə Dortmund şəhərində Avropa Çempionatının və İstanbul şəhərində Dünya Çempionatının bürünc medallarına sahib oldu. Camaləddin Məhəmmədov həm də olimpiya lisenziyasını əldə etdi.
2012-ci ildə Camaləddin Məhəmmədov Serbiyanın Belqrad şəhərində Avropa Çempionatında uğursuz çıxış etdi və turniri 11-ci pillədə başa vurdu. Avqustda isə Camaləddin Məhəmmədov Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Camaləddin Məhəmmədov olimpiadanın təsnifat mərhələsində üç dəfə Dünya Çempionatının qalibi olan Rusiya nümayəndəsi Bilal Maxov ilə üz-üzə gəldi. Həmin görüşdə Camaləddin Məhəmmədov rəqibinə 0:2 (1:0, 0:4) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Camaləddin Məhəmmədov təsəlliverici qrupda da mübarizə apara bilmədi və olimpiadanı 14-cü pillədə başa vurdu.
Olimpiadadan sonra Camaləddin Məhəmmədov 2013-cü ildə əvvəl İstanbulda Yaşar Doğu beynəlxalq turnirində, sonra isə Tbilisidə Avropa Çempionatında bürünc medala sahib oldu. İyulda Rusiya Federasiyasının Kazan şəhərində Universiada Oyunlarını yeddinci pillədə başa vuran Camaləddin Məhəmmədov Poland Open beynəlxalq turnirinin qalibi, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə bürünc medalına sahib olsa da, Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatında uğursuz çıxış etdi və turniri 8-ci pillədə başa vurdu.
2014-cü ild Camaləddin Məhəmmədov üçün uğursuz oldu. İlin əvvəlində Bolqarıstanda D. Kolov - N. Petrov beynəlxalq turnirinin qalibi olsa da, apreldə Finlandiyada Avropa Çempionatında uğursuz çıxış etdi və turniri yeddinci pillədə başa vurdu. Bundan sonra Camaləddin Məhəmmədov bir müddət zədə səbəbilə beynəlxalq turnirlərdə çıxış edə bilmədi.
Zədədən sonra Camaləddin Məhəmmədov 2015-ci ilin yanvarında Fransanın Paris şəhərində Fransa Qran-Prisinin gümüş medalına sahib oldu. İyunda isə Camaləddin Məhəmmədov Azərbaycanda baş tutan Avropa Oyunlarında mübarizə apardı. Nəticədə Camaləddin Məhəmmədov turniri bürünc medalla başa vurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Camaləddin Hacıyeviç Məhəmmədov "Tərəqqi" medalı ilə təltif edildi.
Avropa Oyunlarından sonra Camaləddin Məhəmmədov Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Camaləddin Məhəmmədov həlledici görüşdə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Həm də olimpiya lisenziyası əldə edən Camaləddin Məhəmmədov ilin sonunda Qızıl Qran-Pri beynəlxalq turnirini də gümüş medalla başa vurdu.
2016-cı ilin əvvəlində Camaləddin Məhəmmədov İstanbulda Yaşar Doğu beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Martda Latviyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Camaləddin Məhəmmədov olimpiadadan əvvəl iyunda Almaniya Qran-Prisinin qalibi oldu. Avqustda isə Camaləddin Məhəmmədov Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. 125 Kq. turnirində mübarizə aparan son Dünya Çempionatının finalçısı Camaləddin Məhəmmədov olimpiada da uğursuz çıxış etdi. Olimpiadanın 1/8 final mərhələsində Camaləddin Məhəmmədov ABŞ nümayəndəsi Tervel Dlaqnev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Camaləddin Məhəmmədov rəqibinə 5:6 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazanmadığına görə Camaləddin Məhəmmədov təsəlliverici qrupda mübarizə apara bilmədi və olimpiadanı 12-ci pillədə başa vurdu. Camaləddin Məhəmmədovun görüş zamanı zədəli olması onun uğursuz çıxışının əsas səbəbi idi.
2017-ci il ərzində Camaləddin Məhəmmədov Serbiyada Avropa Çempionatının gümüş medalına, Azərbaycanda isə İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu. 2018-ci il ərzində Camaləddin Məhəmmədov Rusiyada Avropa Çempionatı bürünc medalla, Belarusda isə A. Medved beynəlxalq turnirini qızıl medalla başa vursa da ilin əsas turniri olan Dünya Çempionatında uğursuz çıxış etdi.
Camaləddin Məhəmmədov 2019-cu ildə Belarusda Avropa Oyunlarının bürünc medalına sahib oldu, Qazaxıstanda isə Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Karyerasında tədricədən zəifləmələr müşahidə olunan Camaləddin Məhəmmədov 2020-ci ildə Yaşar Doğu beynəlxalq turnirinin qalibi oldu və İtaliyada Avropa Çempionatını bürünc medalla başa vurdu. COVID-19 pandemiyasına görə bir müddət beynəlxalq turnirlərin baş tutmamasından sonra Camaləddin Məhəmmədov 2021-ci ilin martında Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirində çıxış etdi. Həmin turniri üçüncü pillədə başa vuran Camaləddin Məhəmmədov olimpiya lisenziyasını əldə edə bilmədi. Elə həmin il Camaləddin Məhəmmədov idmanla vidalaşdı.
Nəticələri
SıraİlYarışEv sahibiNəticə Rusiya12007Gənclərin Avropa Çempionatı Serbiya3.22008Qızıl Qran-Pri Azərbaycan2. Azərbaycan32009Gənclərin Avropa Çempionatı Gürcüstan1.4Gənclərin Dünya Çempionatı Türkiyə2.52010Qızıl Qran-Pri Azərbaycan2.62011Avropa Çempionatı Almaniya3.7Qızıl Qran-Pri Azərbaycan3.8Dünya Çempionatı Türkiyə3.92012Avropa Çempionatı Serbiya11.10Olimpiya Oyunları Birləşmiş Krallıq15.112013Yaşar Doğu Turniri Türkiyə3.12Avropa Çempionatı Gürcüstan3.13Universiada Oyunları Rusiya7.14Poland Open Polşa1.15Dünya Çempionatı Macarıstan8.16Qızıl Qran-Pri Azərbaycan3.172014Dan Kolov Turniri Bolqarıstan1.18Avropa Çempionatı Finlandiya7.
SıraİlYarışEv sahibiNəticə192015Paris Qran-Prisi Fransa2.20Avropa Oyunları Azərbaycan3.21Dünya Çempionatı ABŞ2.22Qızıl Qran-Pri Azərbaycan2.232016Yaşar Doğu Turniri Türkiyə3.24Avropa Çempionatı Latviya8.25Almaniya Qran-Prisi Almaniya1.26Olimpiya Oyunları Braziliya12.272017Avropa Çempionatı Serbiya2.28İslam Həmrəyliyi Oyunları Azərbaycan1.292018Avropa Çempionatı Rusiya3.30Alexander Medved Turniri Belarus1.31Dünya Çempionatı Macarıstan12.322019Avropa Oyunları Belarus3.33Dünya Çempionatı Qazaxıstan7.342020Yaşar Doğu Turniri Türkiyə1.35Avropa Çempionatı İtaliya3.362021Avropa Olimpiya Təsnifat Turniri Macarıstan3.
İstinadlar
Kateqoriya:Rusiyanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Avarlar Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar