Panetius (yun. Παναίτιος, m. ö. 180 – 110) — ellinizm dövrünün filosofu, stoa məktəbinin ardıcılı.
Həyatı və əsərləri Soyca Rodos adasından idi. Sonra Afinaya köçmüş, orada stoaçılar məktəbinin ardıcıllarından biri olmuş, sonralar isə ona başçılıq etmişdir.
Daha sonra Panetius Romaya köçmüş, orada fəaliyyətini davam etdirmiş, həmçinin tanınmış Roma dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur.
Panetius həm də “Siyasət haqqında”, “Vəzifələr haqqında”, “Tale haqqında” kimi bir çox kitablar yazmışdır. Ancaq, zamanımıza onların yalnız bəzi fraqmentləri gəlib çatmışdır.
Fəlsəfəsi Panetius orta dövrün stoaçısı olaraq, klassik stoa təliminə peripatetik və platonik məktəblərinin elementlərini də qatmışdır. Ona görə də onun təlimi qədim stoaçılardan fərqlənirdi.
Panetius fəlsəfəsini romalıların dünyagörüşünə uyğunlaşdırmışdır. O hesab edirdi ki, platonizmin, peripatetizmin və stoaçılığın mənşəyi eynidir, onlar Sokratdan başlayır. Buna görə də o, stoaçılığa yeni fikirlər gətirmişdir. Belə ki, Panetius başqa stoaçıların kosmosun zaman-zaman odda yanıb məhv olması və onun yenidən yaranması fikrini qəbul etməmişdirMarcus Tullius Cicero. On the Nature of the Gods / Translated by F. Brooks. London: Methuen, 1896, s. 134.. O, Aristotelin dünyanın əbədi olması fikrinə üstünlük verirdi. Həm də Platondan fərqli olaraq o, Panetius ruhun ölməzliyini inkar edirdiCicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 57..
Keçmişdə yaşayan stoaçılar ruhu bədənlə kəskin olaraq fərqləndirmiş, onların bir-biri ilə qarşıdurmada olmalarını iddia etmişdilər. Ancaq, Panetius insanı ruh və bədən vəhdətində olan yetkin bir varlıq kimi təsəvvür edirdi. Eləcə də o, taleyin önəmini inkar etməyərək insan azadlığının da əhəmiyyətini vurğulayırdıАсмус В.Ф. Античная философия . М.: Высшая школа, 1976, s. 482..
Panetiusun fikrincə hər bir insanda 4 əsas yönəlmə vardır: müdrikliyə, müstəqilliyə, kamilliyə və özünü qorumağa. Başqa stoaçılarda olduğu kimi o, həyatın son məqsədini “təbiətə uyğun yaşamaqda” görürdüОб обязанностях // Марк Туллий Цицерон. О старости. О дружбе. Об обязанностях / Перевод В. О. Горенштейна. М.: Наука, 1993, s. 300.. Bunu da dünyanı dərk etmək, başqa insanlarla ünsiyyət qurmaq, mənəviyyatı yüksəltmək, həyatı düzənləməklə əldə etmək olur.
Qədim stoaçıların etik təlimlərində xeyrə doğru yönəlmək xoşbəxtliyə aparan yoldur. Bunu da onlar bir mənəvi hal kimi görürdülər. Ancaq Panetius, romalıların dünyagörüşünə uyğunlaşaraq xoşbəxtliyə aparan yol kimi həm də bədənin sağlamlığı və rifahın artması kimi maddi durumları da əlavə etmişdir. Falçılıq və öncədəngörənlik onun tərəfindən rədd edilirdiDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 314..
Qədim stoaçılar hesab edirdilər ki, müdrik insanın sözündən və davranışlarından hər kəs örnək almalıdır. Panetius isə bunu vətəndaşın dövlət qarşısında sorumluluğu ilə əvəz etmişdir.
İstinadlar
Mənbə
Ədəbiyyat
Столяров А. А. Панетий Родосский. В кн.: Античная философия: энциклопедический словарь. Под ред. М. А. Солоповой. М.: Прогресс-Традиция, 2008. C. 539–542. Иванова Л. А. Панетий как основатель Средний Стои и его философская система // Философия и культура. 2009.№ 7. С.69-78.
Həmçinin bax Stoaçılıq
Kateqoriya:E.ə. 180-ci ildə doğulanlar Kateqoriya:E.ə. 110-cu ildə vəfat edənlər Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi