Yelena Pavluxina (1 mart 1989) — Ukraynanı və Azərbaycanı təmsil edən velosipedçi.
Karyerası Yelena Pavluxina 1999-cu ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Stanislav Solovyovdur.
2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qızıl medallarına sahibi olan Yelena Pavluxina beynəlxalq turnirlərdə də bir sıra uğurlara imza atdı. Yelena Pavluxina 2015-ci ildə Birinci Avropa Oyunlarında mübarizə apardı.
Yelena Pavluxina 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Avqustun 7-də fərdi turnirdə çıxış edən Yelena Pavluxina finiş həddinə 3 saat 58 dəqiqə 5 saniyəyə çatdı və nəticədə Rio-de-Janeyro Olimpiadasını 68 velosipedçi sırasında 35-ci pillədə başa vurdu.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın velosipedçiləri Kateqoriya:Azərbaycanın olimpiya velosipedçiləri Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında velosipedçilər Kateqoriya:2015 Avropa Oyunlarında velosipedçilər Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər