Evhemerus (yun. Εΰήμερος, təxminən m. ö. 340 – 260) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi.

Fəlsəfəsi O Messena şəhərindən idi. Bizim zamanımıza onun Panheya adasına səyahəti haqqında “Müqəddəs siyahı” (yun. Ίερά άναγραφή) adlı utopik hekayəsi çatmışdır. Bu əsərin fraqmentləri qədim yunan tarixçisi Siciliyalı Diodorusun (yun. Διόδωρος Σικελιώτης, m. ö. 90 – 30) kitabında verilmişdirДиодор Сицилийский. Греческая мифология (Историческая библиотека) / Перевод О. П. Цыбенко. М.: Лабиринт, 2000, s. 108-110.. Orada Evhemerus bir məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını görmüşdür. O yazıda yunan tanrılarının siyahısı verilmiş və onların keçmişdə krallar olduqları haqqında məlumat verilmişdir.

Beləliklə, Evhemerus qədim tanrıları inkar edirdi. Onun fikrincə bütün tanrılar əslində ölümlərindən sonra tanrılaşdırılan krallar və qəhrəmanlar idilərMarcus Tullius Cicero. On the Nature of the Gods / Translated by F. Brooks. London: Methuen, 1896, p. 71.. Məsələn, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra isə tanrılaşdırıldığını iddia edirdi. Evhemerusun bu fikirləri “euhemerizm” adlanmışdır və buna görə onu ateizmdə suçlamışdılar. Sonralar "evhemerizm" dinşünaslıq elmində bir nəzəriyyə kimi istifadə edilmişdir.

Mənbə

Ədəbiyyat

Brown, Truesdell S. "Euhemerus and the Historians" The Harvard Theological Review 39.4 (October 1946), pp. 259–274. Includes a comprehensive redaction of the existing fragments of Euhemerus' Sacred History.

Smith, William. 1870. Dictionary of Greek and Roman Biography and Mythology. (London: C. Little and J. Brown) sub "Evemerus".

G. Vallauri. Euemero di Messene. Turin, 1956. Круглов Е. А. 2000: К истокам «рационализма» эллинистического учения Эвгемера (культ Аполлона Тельмесского) // Политическая история и историография от античности до современности. Вып. 3. Петрозаводск, 21-33.

Həmçinin bax Kirena məktəbi

Xarici bağlantılar Harry Thurston Peck, Harpers Dictionary of Classical Antiquities 1898: Euhemerus Ante-Nicene Fathers, vol V: Cyprian, "On the Vanity of Idols" e-text The Ancient Library

Диодор Сицилийский. ИСТОРИЧЕСКАЯ БИБЛИОТЕКА. Книга VI (Фрагменты)

İstinadlar

Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:E.ə. 340-cı ildə doğulanlar Kateqoriya:E.ə. 260-cı ildə vəfat edənlər