Möminə Xatun () — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuş və onun vəfatından sonra Şəmsəddin Eldəniz ilə ailə həyatı qurmuş səlcuqlu xatunu.

Həyatı Möminə Xatunun həyatı barədə geniş məlumat yoxdur. O, Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. Sultan II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Osman Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində istər II Toğrula, istərsə də Şəmsəddin Eldənizə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. Xüsusilə də Sultan II Toğruldan olan Arslanla Şəmsəddin Eldəniz arasında Möminə xatunun vasitəçiliyi barədə salnaməçi Sədrəddin əl-Hüseyni belə yazırdıː

Möminə xatun dövlət işlərində yaxından iştirak edir və bəzən Atabəyə məlumatı çatdırmaq üçün səfərlrə belə edirdi. Məsələn gürcülərə Azərbaycana yürüşü vaxtı - hicri tarixi ilə 569-cu il qışın ortalarında, miladi tarixi ilə 1174-cü ilin yanvarında Möminə xatun Naxçıvandan Həmədana gəlib, gürcü qoşununun yeni hücumu haqqında xəbər gətirmişdi.

Hicri tarixi ilə 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-dövlət əs-Səlcuqiyyə" (Səlcuq dövləti haqqında xəbərlər) əsərində onun haqqında qeyd edirdi:

Filmoqrafiya Azərbaycan Atabəyləri (film, 2024)

Həmçinin bax Möminə Xatun türbəsi

İstinadlar

Kateqoriya:Eldənizlər Kateqoriya:Möminə Xatun türbəsi