— Yaponiyanın Kanto regionunun şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 28 mart 2015-ci ildə qurulmuşdur.

2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 104.36 nəfərdir, hər km² ərazidə 507 nəfər yaşayır. Şəhərin sahəsi 205,3 km²-dir.

Tarix Edo dövründə müasir Çikusey şəhərinin ərazisi Tokuqava şoqunatının hanlarından biri olan Şimodate hanı tərəfindən idarə olunurdu. 1 aprel 1889-cu ildə Meyci islahatı nəticəsində bələdiyyə sisteminin işə düşməsindən sonra İbarakinin Makabe qəzasında Şimodate qəsəbəsi yaradılmışdır. 15 mart 1954-cü ildə Şimodateyə şəhər statusu verilmişdir.

Müasir Çikusey şəhəri 28 mart 2005-ci ildə Şimodate şəhəri ilə Akeno, Kyova və Sekico qəsəbələrinin (hamısı Makabe qəzası) birləşdirilməsi nəticəsində yaranmışdır.

Coğrafiya Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionununda, İbaraki prefekturasının cənub-qərbində, Tsukuba dağının qərbində yerləşir. Şimaldan Toçiqi prefekturası ilə həmsərhəddir. Şəhərin içi ilə Kinuqava və Kokayqava çayları axır. Tokionun işgüzar hissəsinindən 70 km şimalında yerləşir.

Həmsərhəd bələdiyyələr İbaraki prefekturası Yuuki Şimotsuma Tsukuba Sakuraqava Yaşiyo Toçiqi prefekturası Oyama Mooka

Əhali thumb|İbaraki xəritəsində. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 104.36 nəfərdir, hər km² ərazidə 507 nəfər yaşayır.

İqtisadiyyat Şəhərin becərdiyi əsas məhsullar koşihihikari (düyü), naşi (şaftalı), kiçik yemiş, xiyar, çiyələk və pomidordur.

Təhsil Çikusey şəhərində 20 ibtidai məktəb, 7 orta məktəb və 4 lisey var.

Nəqliyyat Dəmiryolu JR East — Mito xətti Kavaşima - Tamado - Şimodate - Niihari Kanto dəmiryolu — Coso xətti Kuroqo - Otaqo - Şimodate Mooka dəmiryolu Şimodate - Şimodate-Nikomae - Orimoto - Hiquçi

Avtomobil Kita-Kanto sürətli avtomagistralı Yaponiya Milli Yolu 50 Yaponiya Milli Yolu 294 Yaponiya Milli Yolu 408

Görməli yerlər Seki qəsri İsa qəsri Funatama kofunu Koqeta qəsri Şimodate qəsri Şimodate Qion festivalı

Simvolika Şəhərin simvolik ağacı sakura, simvolik gülü Pyrus pyrifolia və kosmeya, simvolik quşu kənd qaranquşu hesab olunur.

Tanınmış şəxslər Hazan İtaya (keramikaçı) Norihiko Akaqi (siyasətçi) Şinqo Katayama (qolfçu) Yoko Teppozuko (seyyu)

Qalereya

İstinadlar

Xarici keçidlər

Rəsmi saytı

Həmçinin bax

Kateqoriya:İbaraki prefekturasının şəhərləri