Fransisku di Paula Rodrigis Alvis (7 iyul 1848 — 16 yanvar 1919) — Braziliyanın ilk maliyyə naziri və beşinci prezidenti. 1887-ci ildə San-Paulu icra başçısı seçildi. 1902-ci ildə Braziliya prezidenti seçildi və 1906-cı ilə qədər vəzifədə qaldı. Bu müddət ərzində paytaxt Rio-de-Janeyronu yenidən bərpa etdirdi və bu şəhər islahatları 1904-cü il "Peyvənd üsyanı"na qədər davam etdi. left|thumb|Fransisku di Paula Rodrigis Alvis və ailəsi 1918-ci ildə keçirilən ön seçimlərdə qalib gəldi, ancaq vəzifəsinin icrasına başlamadan 16 yanvar 1919-cü ildə epidemik olaraq yayılan İspaniya qripinə yoluxdu və vəfat etdi.
Mənbə Frank D. McCann (2004), Soldiers of the Pátria: a history of the Brazilian Army, 1889–1937, Stanford University Press, ISBN 978-0-8047-3222-2
Həmçinin bax
Kateqoriya:Braziliya prezidentləri Kateqoriya:San-Paulu Universitetinin məzunları Kateqoriya:Qripdən ölənlər