Tağıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənilər bu kəndi tez-tez yandırırlar. Tağıbəyli kəndin yaxınlığında yerləşən Azərbaycan Silahlı Qüvvələri torpağlarımızı azad etməyə tam hazırdı.

Tarixi Tağıbəyli kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

20 noyabr 2020-ci ildə Tağıbəyli kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

28.05.2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti Tağıbəyli kəndinin təməlini qoyub.

Coğrafiyası Tağıbəyli kəndi rayon mərkəzindən 20 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir;

Ağdam rayonunun Güllücə və Suma kəndləriylə qonşudur.

Mədəniyyəti İşğala qədərki dövrdə Tağıbəyli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Tağıbəyli kəndinin yaxınlığında, Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdam rayonunun digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdiİər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Tağıbəyli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. Ermənilər tez-tez Tağıbəyli kəndinin ərazisində yanğın törədirlər.

Əhalisi 2006-cı ilin siyahıya alınma məlumatına görə, Tağıbəyli kəndinin əhalisi 954 nəfərdir. İşğala qədər əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq olub.

Ədəbiyyat Baxşeyiş Abbasoğlu, “Ağdam arıları”, 2003; Ramiz Abbaslı, “Yeddi kəndin məktəbi”, 1996.

İstinadlar

Xarici keçidlər Maplandia:Tağıbəyli kəndinin kosmosdan görünüşü.

Kateqoriya:Ağdam rayonunun kəndləri