Makau İdman Klubu — Makau kimi də tanınan, 8 iyun 1978-ci ildə təsis edilən və Riu-Qrandi-du-Norti ştatının Makau şəhərini təmsil edən Braziliya futbol klubudur.
Tarixi Klub 8 iyun 1978-ci ildə təsis edilmişdir. Makau 2005-ci ildə Potiqar Liqasının İkinci Səviyyəsinin qalibi olmuşdur.
Nailiyyətləri Potiqar Liqasının İkinci Səviyyəsi: Çempion (1): 2005
Stadion Makau İdman Klubu öz ev oyunlarını Estadio Valter Biçao stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 3500 nəfərə bərabərdir.
İstinadlar
Kateqoriya:Riu-Qrandi-du-Norti futbol klubları Kateqoriya:1978-ci ildə Braziliyada yarananlar