"Təzə evlənənlər üçün çətir" () — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur.

Məzmun

Filmdəki hadisələr Sudak şəhərində,Список фильмов снимавшихся в Судакской крепости Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır.

Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət.

Tətil başa çatır. Zoya və Tolya çıxıb gedirlər. Bu məqamda məlum olur ki, Dmitrinin asudə və dinc ailə həyatı gerçək deyil. Əslində o, başqa bir qadınla nikahdadır və uzun illər ərzində xəlvəti əsl sevgilisi ilə görüşür.

Bir neçə ay keçir. Vera istirahətdə tanış olduqları həmin gənclərdən teleqram alır. Zoya və Tolya Yeni il bayramını birlikdə qarşılamaq üçün onlara qonaq gəlməyə hazırlaşırlar. Vera gənclərin gözündə yaranmış idealı dağıtmaq istəmir və onların qarşısında yenidən xoşbəxt ailə rolunu oynamaq üçün Dmitrini razı salır.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Ramiz Fətəliyev Quruluşçu rejissor : Rodion Naxapetov Quruluşçu operator : Vladimir Şevsik Quruluşçu rəssam : Yuri Kladiyenko Bəstəkar : İsaak Şvars Geyim rəssamı : N. İvanova Montaj edən : Polina Skaçkova Qrim rəssamı : İ. Morozova Filmin direktoru : Vladimir Klimenko

Rollarda

Aktyor Rol Aleksey Batalov Dmitri Pavloviç Kraskov Niyole Ojelite Vera İvanovna Vera Qlaqolyeva Zoya Nikita Mixaylovski Tolya Vyaçeslav Yezyepov Yuri Daniloviç İqor Nefyodov Qoşa Alla Meşşeryakova Kraskovun arvadı Qalina Petrova Lida (Veranın rəfiqəsi) Qalina Demina Veranın anası Vladimir Nosik Frolikov

Epizodlarda Valentina Berezuskaya – qatar bələdçisi Anatoli Vedenkin – Gena Lidiya Starokolseva – laborant L. Seridova Vasili Funtikov – yol polisi Larisa Husnulina – qatar bələdçisi Yuri Şumilo – milis Dima Yepişin – Styopa Paşa Sanayev – Dima Petya Yanqlyayev – Lyoşa

Filmi səsləndirənlər İnna Çurikova – Vera İvanovna (Niyole Ojelite) (titrlərdə yoxdur)

Prokat 13 oktyabr 1986 — SSRİ premyerası IMDb.com : Zontik dlya novobrachnykh 30 oktyabr 1987 — Finlandiya premyerası: Sateenvarjo kahdelle 8 yanvar 1988 — Almaniya Demokratik Respublikası premyerası: Ein Regenschirm für Verliebte Zweitausendeins.de : Ein Regenschirm für Verliebte 19 fevral 1989 — Deutscher Fernsehfunk televiziya şirkətində premyera nümayişi 26 iyun 1991 — ProSieben ümummilli televiziya kanalında nümayiş 12 iyun 2012 — Hamburqda Altonale festivalı çərçivəsində nümayiş Bei uns in Hamburg : Фестиваль Altonale в Гамбурге под флагом России

Buraxılış 1999 — "Mosfilmin ən məşhur filmləri" () seriyasından VHS. "Крупный план" 2005 — "Rus klassikləri" () seriyasından DVD. Icestorm 2006 — "XX əsr sovet kinosu" () seriyasından DVD. "Крупный план"

Azərbaycan dilinə dublyajı

Film 1987-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan dilində dublyaj edilmişdir.

Dublyajın rejissoru : Elxan Qasımov Səs operatoru : Paşa İbrahimov Azərbaycan dilinə tərcümə : Mailə Muradxanlı Dublyajın redaktoru : Həsən Əliyev Filmi səsləndirənlər : Rasim Balayev (Dmitri Kraskov), Nəcibə Hüseynova (Vera İvanovna), Sona Mikayılova (Zoya), Ramiz Əzizbəyli (Tolya)

İstinadlar

Xarici keçidlər

«Зонтик для новобрачных» "Mosfilm"in saytında «Зонтик для новобрачных» "Культура" telekanalının saytında Filmi izlə (Azərbaycan dilində) Filmi izlə (rus dilində)

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Rodion Naxapetovun filmləri Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Həkimlər haqqında filmlər Kateqoriya:SSRİ-nin dram filmləri