Bənəcik — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2010-cu il tarixli 1086-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağsu rayonunun Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi bu inzibati ərazi dairəsinin tərkibində qalmaqla Binəcik kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Bənəcik oykonimi iki hissədən ibarətdir. Birinci komponent "bənə" olub, elat məskəni mənasında işlədilən "binə" sözünün dəyişilmiş formasıdır, -cik isə kiçiklik bildirən leksik şəkilçidir. Bənəcik/Binəcik, kiçik binə, məskən deməkdir.Ağsu rayonun kəndləri, Bənəcik kəndinin tarixi — Ağsu Xəbər Mərkəzi
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağsu rayonunun kəndləri