Mənsurov Bəhruz Qəhrəman oğlu () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Həyatı Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.

Oxuduğu orta məktəb onun adını daşıyır.

Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi onun adını daşıyır.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 182.

İstinadlar

Xarici keçidlər Azərbaycanın Milli Qəhrəmanları Milli Qəhrəmanlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Yardımlıda doğulanlar Kateqoriya:Heydər Əliyev adına Hərbi İnstitutun məzunları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar