Nataliya "Nati" Sançez (20 may 1983, Medellin, Kolumbiya) — Kolumbiyalı oxatan. Nataliya Sançez Kolumbiyanı 2008 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Nataliya Sançez birinci dəfə Olimpiya Oyunlarına 2008-cı ildə qatıldı. O, Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Belarus nümayəndəsi Yekaterina Muliuk ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sançez rəqibinə 101:104 hesabı ilə uduzdu.

Nataliya Sançez növbəti Olimpiya Oyunlarına 8 ildən sonra Rio-de-Janeyroda qatıldı. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Kseniya Perova ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sançez rəqibinə 4:6 hesabı ilə uduzdu.

İstinadlar

Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2015 Pan Amerika Oyunlarının medalçıları