Federiko Bokkia (24 oktyabr 1996) — İtaliyalı üzgüçü. Federiko Bokkia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Federiko Bokkia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.54 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları