Tansu Pənbə Çillər (; ) — Türkiyə siyasətçisi, iqtisadçı, akademik, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri. 1993-1996-cı illərdə Baş nazir vəzifəsini icra edən Çillər, Türkiyənin siyasi tarixində ilk və yeganə qadın Baş nazirdir. Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər,Tansu ÇİLLER 19. DÖNEM İSTANBUL MİLLETVEKİLİTansu ÇİLLER 20. DÖNEM İSTANBUL MİLLETVEKİLİTansu ÇİLLER 21. DÖNEM İSTANBUL MİLLETVEKİLİ 1996–1997-ci illərdə Türkiyənin Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrini tutmuşdur.Sayın Prof.Dr.Tansu Çiller'in Özgeçmişi; (Haziran 1996)

Süleyman Dəmirəlin dəvəti ilə siyasətə qoşulan Çillər, ilk dəfə 1991-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Doğru Yol Partiyasından (DYP) İstanbul millət vəkili kimi parlamentə daxil oldu. O, 1991–1993-cü illərdə Dəmirəl tərəfindən qurulan koalisiya hökumətində iqtisadiyyat naziri vəzifəsini icra edib. 1993-cü ildə Dəmirəl Türkiyə Prezidenti seçildikdə, o, Doğru Yol partiyasının yeni lideri seçilib və ardınca 50-ci Türkiyə hökumətini formalaşdırıb. 1995-ci ildə keçirilən ümumi seçkilərdə onun partiyası səslərin 19,18%-ni toplayaraq üçüncü yeri tutub. Çillərin Baş nazirlik fəaliyyəti 1996-cı ildə Nəcməddin Ərbakanın rəhbərliyi ilə Rifah Partiyası və Doğru Yol Partiyası arasında koalisiya əsasında 54-cü Türkiyə hökumətinin qurulması ilə başa çatıb. Bu yeni hökumətdə Çillər Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrini icra edib.T.C. Resmi Gazete. Bakanlar Kurulu'nun Atanmasına Dair İşlem

Həyatı Erkən illəri və təhsili Tansu Çillər 1946-cı il mayın 24-də İstanbulda, ailənin yeganə övladı olaraq dünyaya gəlib. Atası Necati Çillər dövlət məmuru, anası Salonikidən olan rumelili türkü Muazzez Çillər idi. Tansu Çillər İstanbulda İsmət İnönü adına İbtidai məktəbə daxil olub. Daha sonra, atası Necati Çillərin Biləcik valisi təyin edilməsi ilə əlaqədar olaraq, 1953-cü ildə Biləcik Edebali İbtidai məktəbində təhsilini davam edib. Atası Parlament seçkilərində iştirak etmək məqsədilə təqaüdə çıxdıqdan sonra Çillər ailəsi ilə birlikdə İstanbula qayıtdı.

Arnavutköy Amerika Qızlar Kollecinin məzunu olan Tansu Çillər, 1967-ci ildə Boğaziçi Universiteti İqtisadiyyat fakültəsində təhsilini başa vurub. 1963-cü ildə Özer Uçuranla ailə həyatı qurub. Həyat yoldaşı ilə birlikdə ABŞ-a köçən Çillər 1969-cu ildə Nyu-Hempşir Universitetində magistr dərəcəsini, 1971-ci ildə Konnektikut Universitetindən doktorluq dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra Yel Universitetində tədqiqatlar aparıb.

İngilis və alman dillərini mükəmməl bilir.

Karyerası 1971–1973-cü illər arasında Franklin və Marşall Kollecində dosent (professor assistenti) kimi çalışıb. 1974 və 1975-ci illərdə Boğaziçi Universitetində dosent vəzifəsində fəaliyyət göstərib. O, 1978-ci ildə dosent, 1983-cü ildə isə professor adını alıb.

Siyasi karyerası 1990-cı ilin noyabrında Süleyman Dəmirəlin dəvəti ilə Doğru Yol Partiyasında siyasi fəaliyyətə başladı. Elə həmin ilin dekabrında DYP-nin Baş İdarə Heyətinə seçildi və iqtisadiyyat üzrə sədr müavini vəzifəsini tutdu. 1991-ci il seçkilərində İstanbuldan millət vəkili seçildi. Profesörlükten Başbakanlığa Seçkidən sonra DYP ilə Sosial Demokrat Xalqçı Partiya arasında qurulan və Dəmirəlin rəhbərlik etdiyi koalisiya hökumətində iqtisadiyyatdan məsul dövlət naziri kimi fəaliyyət göstərdi.

17 aprel 1993-cü ildə Prezident Turqut Özalın qəfil vəfatı Türkiyə siyasətindəki güc balansını dəyişdirdi və Çillərin siyasi taleyi üçün yeni bir istiqamət müəyyənləşdirdi. Baş nazir və DYP sədri Süleyman Dəmirəl, 16 may 1993-cü ildə Türkiyə Böyük Millət Məclisində keçirilən prezident seçkilərinin üçüncü turunda Türkiyənin 9-cu prezidenti seçildi. İyunun 8-də Çillər nazir vəzifəsindən istefa verdiyini və DYP sədrliyinə namizədliyini irəli sürdüyünü elan etdi. Nəticədə o, ikinci tura rəqibsiz daxil oldu və sədr seçildi. Qurultaydan sonrakı gün Prezident Süleyman Dəmirəl tərəfindən ona hökuməti formalaşdırmaq tapşırığı verildi. 25 iyun 1993-cü ildə ikinci DYP-SHP koalisiya hökumətini qurdu və Türkiyənin ilk qadın Baş naziri oldu. Həmin ilin noyabrında keçirilən partiyanın 4-cü Növbəti Böyük Qurultayında yenidən rəqibsiz DYP sədri seçildi və Türkiyənin ilk və indiyədək yeganə qadın Baş naziri oldu. 1993-cü ilin iyun ayında vəzifəsinə başladı və 50-ci Türkiyə hökumətini qurdu.

Baş nazir (1993-1996) thumb|Tansu Çillər və Jak Delorun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti ilə Aİ nümayəndə heyəti arasında görüş, 11 yanvar, 1994-cü il Baş nazir kimi Tansu Çillər 25 iyun 1993-cü il tarixində 50-ci Türkiyə hökumətini, Çiller Hükümeti Bakanlar Kurulu 5 oktyabr 1995-ci ildə 51-ci Türkiyə hökumətini"Official page of the parliament". və 30 oktyabr 1995-ci ildə 52-ci Türkiyə hökumətini qurmuşdu.III. Çiller Hükümeti Bakanlar Kurulu Onun vəzifədə olduğu müddətdə Türkiyə ilə Avropa İttifaqı arasında gömrük sazişi imzalanmışdır.

Hazırki dövr Çillər, hazırkı və keçmiş qadın prezidentləri və baş nazirlərini bir araya gətirən beynəlxalq şəbəkə olan Qadın Dünya Liderləri şurasınınThe Council of Women World Leaders is the only organization in the world dedicated solely to women heads of state and government. üzvüdür.

Şəxsi həyatı Tansu Çillər Özer Uçuran Çillərlə onun vəfatına qədər evli olub, iki övladı var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:TBMM XIX çağırış deputatları Kateqoriya:TBMM XX çağırış deputatları Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:Bakı Dövlət Universitetinin fəxri doktorları Kateqoriya:Türkiyənin qadın siyasətçiləri Kateqoriya:Doğru Yol Partiyasının (Türkiyə, 1983) sədrləri Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:Türkiyə qadın professorları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Türkiyə siyasi partiyalarının sədrləri Kateqoriya:Türkiyə iqtisadçıları Kateqoriya:İstanbul ilinin deputatları Kateqoriya:Qadın baş nazirlər