— Kuroqinin rəssamlığı ilə Hisaqo Amazake-no tərəfindən yazılan ranobe seriyası. Əvvəlcə 2010-cu ilin oktyabrında Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmağa başlamışdır. 30 yanvar 2013-cü ildə Shufunotomo nəşriyyatı tərəfindən ilk ranobe cildi buraxılmışdır. İndiyə kimi 12 cildi nəşr olunmuşdur. Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. 2017-ci ildə 8-Bit studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və yayımlanmışdır.
Məzmun Bir mexa otakusu bir maşın qəzasında ölür və ruhu başqa bir dünyada Ernesti Eçevarriya kimi reinkarnasiya olur. Eru əvvəlki həyatındakı xatirələrini və maraqlarını irsən qazanır, nəticədə, bu dünyada mövcud olan nəhəng humanoid silahı Siluet cəngavərinin pilotu olmağı arzulamağa başlayır.
Media Ranobe Müəllif Hisaqo Amazake-no ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır. 22 oktyabr 2024-ci ilə kimi bu saytda ranobenin 11 cildi və 143 fəsli yayımlanmışdır. Shufunotomo nəşriyyatı veb-romanı ranobeyə çevirərək (Kuroqinin rəssamlığı ilə) 30 yanvar 2013-cü ildə Hero Bunko imprinti altında ilk cildi buraxmışdır. İndiyə kimi 8 cildi nəşr olunmuşdur.
Cild siyahısı
Manqa Takuci Katonun rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 15 aprel 2016-cı ildən Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 24 sentyabr 2016-cı ildə manqanın ilk cildi buraxılmışdır. Crunchyroll 5 iyul 2017-ci ildə manqanı lisenziyalaşdırmışdır.
Anime Manqa adaptasiyasının 24 sentyabr 2016-cı ildə buraxılmış ilk cildində anime serialı adaptasiyasının istehsal olunacağı anons edilmişdir. Anime 2 iyul 2017-ci ildən 24 sentyabr 2017-ci ilə kimi yayımlanmışdır. Yusuke Yamamotonun rejissoru olduğu anime serialı 8-Bit tərəfindən istehsal olunmuş, ssenaristi Miçiko Yokote, bəstəkarı Masato Koda olmuşdur. Fhána animenin açılış mahnısı "Hello!MyWorld!!" mahnısını, Ayaka Ohaşi isə bağlanış mahnısı olan "You & I" mahnısını ifa etmişdir. Crunchyroll animeni yayımlamış, Funimation isə Şimali Amerikada lisenziyalaşdırmışdır.
Qəbul 16 mart 2018-ci ilə kimi manqa və ranobenin ümumilikdə 1,5 milyon nüsxəsi buraxılmışdır.
İstinadlar
Xarici keçidlər Shōsetsuka ni Narō-da Hero Bunko-da Young Gangan-da
Kateqoriya:2010-cu ilin Yaponiya romanları Kateqoriya:2013-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Seynen manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Mexa anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Square Enix manqaları Kateqoriya:Funimation Kateqoriya:Uydurmada paralel kainatlar Kateqoriya:Uydurmada reinkarnasiya Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:8-Bit Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Gangan Comics manqaları