Lazar İosifoviç Ginzburq (Lagin) (4 dekabr 1903-16 iyun 1979) - sovet yazıçı və şairi. Lazar Ginzburq - yazıçının əsl adıdır.
Həyatı thumb|Lazar Laginin 100 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası Lazar Ginzburq (Lagin) 4 dekabr 1903-cü ildə Vitebsk şəhərində yəhudi ailəsində anadan olub. O, İosif Fayveleviç Ginzburqun ailədə beş uşaqdan birincisi idi. Növbəti il, Lazarın atası İosif pul qazanmaq məqsədi ilə Minskə köçüb burada mağaza açdı. 1919-cu ildə 15 yaşlı Lazar orta məktəbi bitirib attestat alır. Və məktəbi qurtardıqdan sonra könüllü olaraq Vətəndaş müharibəsinə gedir. 1920-ci ildə isə RK(b)P-nin üzvü olur. 1922-ci ildən Lazar Laginin şeir və qeydləri qəzetdə nəşr olunmağa başlayır. 1924-cü ildə Rostov na-Dona gedən Lagin Vladimir Mayakovski ilə görüşür və Mayakovski onun şeirləri yüksək qiymətləndirir. 1923-cü ildə Minsk konservatoriyasının vokal şöbəsində təhsil alan Lagin, musiqiyə marağı olmadığı üçün musiqi nəzəriyyəsindən kəsilir. 1924-cü ildə Moskvaya gələn Lagin Valeri Bryusovun studiyasında iştirak edir. 1925-ci ildə Karl Marks adına Moskva Xalq Təsərrüfatı institutunu bitirir. Sonra isə Qızıl Orduda xidmət edir. 1930-cu ildən Lagin "Sənayeləşmənin atası", "Pravda" (1932-ci ildən sonra "Timsah" qəzeti) qəzetlərində işləməyə başlayır. 1932-ci ildə "Pravda" ("Timsah") qəzetinin baş redaktoru olur. 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına qatılır. 1930-cu illərin sonlarında Lazar Şpitsbergen adasına uzun səfər edir. 1938-ci ildə onun "Qoca Xottabıç" nağıl-povesti "Pioner" jurnalında çap olunur. Həmin povest-nağıl əsasında 1956-cı ildə rejissor Gennadi Kazanski "Qoca Xottabıç" filmini çəkir. Xarici keçidlər Старик Хоттабыч в XXI веке Лазарь Лагин. Биография Лазарь Лагин. Биография по годам Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya romançıları