Xanbiçə Xammətova () — Dağıstanın Xalq şairi (1992), SSRİ Yazıçılar İttifaqının üzvü (1974).

Həyatı Xanbiçə Xammətova 1938-ci ilin 28 iyununda Dağıstanın Xiv rayonunun Tsılax kəndində anadan olmuşdur. O, Dağıstan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Müəllimlərin Təkmilləşdirilmə İnstitutunda metodist, A. Taxo-Qodi adına elmi-tədqiqat məktəbində işləmiş, Dağıstan Yazıçılar İttifaqının katibi və Ləzgi Yazıçıları Cəmiyyətinə rəhbərlik etmişdir.

X. Xammətova 1974-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür.

İlk şerləri Dağıstanda çap olunan "Kommunist" qəzetində və "Dağıstan qadını" jurnalında çap edilmişdir. Ləzgi və rus dillərində yazdığı bir neçə şer kitabının müəllifidir.

1992-ci ildə Xanbiçə Xammətovaya Dağıstan Xalq şairi adı verilmişdir.Дагъустандин литература" (Магьачкъала-2003),Акимов Къ. Х. "Лезги зарияр"

İstinadlar

Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Ləzgi dilində yazan şairlər