Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada. Ada Britaniya ekspedisiyası (1839—1843) zamanı kəşf edilmişdir.
Xüsusiyyətləri Ada vulkandan axan lavanın sayəsində formalaşmışdlr. Geotermal isti adanın böyük qisminin buzdan azad olmasına səbəb olur. Aparılan marfoloji tətqiqatlar onu göstərir ki vulkan 1000 il öncəyə qədər püskürmüşdür.
Tarix Paulet adası Britaniya ekspedisiyası (1839—1843) zamanı Ceyms Klark Ross tərəfindən Britaniya Kral hərbi-dəniz donanmasının kapitanı Corc Pauletin şərəfinə adlandırılmışdır. 1903-cü ildə Otto Nordenşeldin gəmisi ada yaxınlığıda buzlar arasında dağılaraq batmışdır.
Mühüm ornitoloji ərazi Ada BirdLife International beynəlxalq təşkilatı tərəfindən mühüm ornitoloji ərazi kimi qeydə alınmışdır. Burada il ərzində 100000 cüt Adeli pinqvini yumurta qoyaraq bala çıxardır. Üstəlik İmperator balkanı, qar fırtınaquşu və dominikan qağayısı yumurta qoyur.
İstinadlar
Mənbə Paulet adası haqqında məruzə
Kateqoriya:Cənub okeanı adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Cənub okeanının yaşayış olmayan adaları Kateqoriya:Qreyam torpağı dağları