İlham Kərimov () — Azərbaycanı təmsil edən boksçu.

Karyerası İlham Kərimov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. İlham Kərimov turnirin 1/8 final mərhələsində Estoniya nümayəndəsi Valeri Semisura qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Jean-Luis Mandengeya 4:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.

Həmin ilin avqustunda isə İlham Kərimov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil etdi. İlham Kərimov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11996Avropa Çempionatı Danimarka5.2Olimpiya Oyunları ABŞPAT

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları