Anastasiya İlyiniçna Bliznyuk (d. 28 iyun 1994, Zaporojya, Ukrayna) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Bliznyuk, Rusiyanı 2012 London və Rio-de-Janeyro Olimpiadalarında təmsil edib və 2 dəfə qızıl medal qazanıb.
Anastasiya Bliznyuk həm də, bir dəfə Dünya, üç dəfə isə Avropa çempionu olub.
Karyerası left|thumb|260x260px|Soldan sağa: Bliznyuk, Donskova, Makarenko, Nazarenko və Sevastyanova Anastasiya Bliznyuk, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ulyana Donskova, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Bliznyuk, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və 2-ci dəfə Olimpiya Oyunlarının qızıl medalını qazandı.
İstinadlar
Kateqoriya:Rusiyanın bədii gimnastları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:2020 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2012 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Rusiyanın olimpiya gimnastları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar