Kraliça Mod dağları (, ) — Transantarktika dağları sisteminə daxil olan silsilə. Transntarktikanın mərkəzi hissəsində yerləşir. Silsilənin böyük hissəsi 2500—3000 metr hündürlüyə malikdir. Yuxarı hissələrində olan suxurlar paleozoy dövrünə aiddir. Silsilə ilk dəfə 1911-ci ildə Norveç antarktika ekspedisiyasının rəhbəri Raul Amundsen kəşf edilmiş və Norveç kraliçasının şərəfinə adlandırılmışdır.
İstinadlar
Mənbə Kuin-Mod
Kateqoriya:Antarktida silsilələri Kateqoriya:Antarktida dağları