Rəfael Abbas oğlu Abbasov () — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006).

Həyatı Rafael Abas oğlu Abasov 28 noyabr 1943-cü il də Bakı şəhərində anadan olmuşdur. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1968-1974-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. 1967-ci ildən başlayaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olan Rafael Abasov realizm üslubunda portret, natürmort və mənzərə janrında əsərlər çəkmişdir. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.

Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib və Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 29 dekabr 2006

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar