300px|thumb|right|Səfəvilər dövrünə aid mis cam Səfəvi dövrü incəsənəti — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti. Bu, kitab və memarlıq baxımından incəsənətin yüksək səviyyəsi idi; bu dövrdə həmçinin keramika, metal, şüşə və bağlar baxımından da diqqət çəkirdi. Səfəvilər dövründə Azərbaycanda məişət keramikası və kaşı məmulatı istehsalı inkişaf etmişdi. Keçmişdə memorial məqsəd dağıyan türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edirdi.Əfəndi R. Azərbaycan incəsənəti. — Б.: Şərq-Qərb, 2007. — 160 с. — ISBN 978-9952-34-116-4.
XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Siawosh AZADI; Latif KERIMOV; Werner ZOLLINGER. Azerbaijani-Caucasian Rugs. — Switzerland Ulmke Collection, 2001. — p. 135. — ISBN 3-925813-10-1 / 9783925813108 Britannica Encyclopedia. Iran. Shah Abbas. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu.Britannica Encyclopedia. Tabriz school. Р. Тагиева — Азербайджанский ковёр, Баку, 2003, стр. 158–163 XVI əsrin ikinci yarısından Cənubi Azərbaycanda inkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi.
Tarixi kontekst Səfəvi sülaləsinin hakimiyyətinin təməlləri XIV əsrin əvvəllərində yaradılmış Səfəviyyə ordeni ilə atılmışdı. Ordenin əsasını Şeyx Səfiəddin Ərdəbili qoymuş və ona öz adını vermişdi. Bu orden və sonradan bu orden əsasında yaradılmış dövlət İslamın Şiə məzhəbinin İsna əşəriyyə qolunun geniş yayılmasında mühüm rol oynamışdır.
1447-ci ildə ordenin başına Şeyx Cüneydin keçməsi ilə birlikdə orden tədricən öz siyasi ambisiyasını göstərməyə başladı. Elə təxminən bu dövrdə bölgədəki türk tayfalarının yenidən döyüşlər və ittifaqları sistemi yenidən işə düşdü və bu prosesin sonunda Təbriz mərkəzli olan Qaraqoyunlular dövləti Şərqi Anadoluda qurulmuş Ağaqoyunlu dövləti tərəfindən ortadan qaldırıldı. Şeyx Cüneydin varisi Şeyx Heydər Ağqoyunlular tərəfdə cəbhə almışdı, lain sonradan elə Ağqoyunlular tərəfindən də öldürüldü. Böyük qardaşı Sultanəlinin də öldürülməsindən sonra İsmayıl kiçik yaşlarında ordenin başına keçməyə məcbur oldu. 1499-cu ildə 12–13 yaşlı İsmayıl gizləndiyi yerdən çıxaraq yürüşə başladı və aparılan təbliğat nəticəsində onun ətrafında müxtəlif türk tayfalarının döyüşçüləri toplanmağa başladı. Ağqoyunluları və Şirvanşahları məğlub etdikdən sonra 1501-ci ildə İsmayıl Azərbaycanın paytaxt şəhəri hesab edilən Təbriz şəhərinə daxil oldu və özünü şah elan etdi.
Səfəvi dövləti sürətlə Qafqazın içlərinə, Bağdada və Osmanlı nüfuzu altında olan bölgələrə doğru genişlənməyə başladı. 1512-ci ildə hakimiyyətə gələn Səlim bu prosesi durdurmağa qərarlı idi və ilk işlərindən biri qızılbaşların sıxışdırılması oldu. Bu qarşıdurma 1514-cü ilin 22 avqustunda Çaldıran döyüşü ilə nəticələndi. Bu döyüşdə alınmış məğlubiyyət Səfəvi dövlətinin genişlənməsinin bir müddətlik dayanmasına səbəb oldu. I Səlim Təbriz şəhərinə daxil olsa da, orada möhkəmlənə bilməyib geri çəkilməyə məcbur oldu. O, geri çəkilərkən bəzi Azərbaycan və İran sənətkarlarını da özü ilə birlikdə İstanbula apardı. Çaldıran döyüşündəki məğlubiyyət Şah İsmayılın dövlət işlərindən bir qədər uzaqlaşmasına səbəb oldu.
Şah İsmayılın 1524-cü ildə ölümündən sonra onun yerinə 10 yaşlı oğlu Təhmasib şah oldu. 1534-cü ildə Süleyman yüz mindən çox qoşun və xeyli sayda artilleriya silahları ilə birlikdə Səfəvi imperiyasına hücum etməyə başladı. Bağdad ələ keçirilsə də, digər yerlərdə möhkəmlənmələri mümkün olmadı. 1538, 1548, 1554-cü illərdə təkrarlanan Süleymanın yürüşləri Bağdad istisna olmaqla uğurlu olmadı. Əksinə 1552-ci ildə əks-hücuma keçən qızılbaşlar Osmanlının Şərqi Anadoludakı xeyli mülkünü yandırıb yağmaladılar. Şah Təhmasibin izlədiyi yandırılmış torpaq siyasəti o dövrün ən güclü ordusu hesab edilən Osmanlı ordusunun irəliləməsinin qarşısını almaq üçün mükəmməl formada istifadə edilirdi.
1576-cı ildə I Təhmasibin ölməsindən sonra Səfəvi imperiyasında daxili münasibətlər kəskinləşi və toqquşmalar I Abbasın taxta çıxmasına qədər — yəni, 1587-ci ilə qədər demək olar ki, durmadı. Taxta çıxan I Abbas ordunu yenidən qurmaq və mərkəzi hakimiyyəti bərpa edə bilmək üçün Osmanlı imperiyası ilə ağır şərtlər altında sülh imzalamağa məcbur oldu. Orduda keçirilmiş islahat nəticəsində qulamlardan ibarət ordu korpusu yaradıldı. Bu döyüşçülər xristian çərkəz, gürcü, erməni və digər milltələrin nümayəndələri arasında toplanmış uşaqlar hesabına toplanır, islama keçirilir, təlim görür və şahın döyüşçüsü halına gətirilirdi. Şah Abbasın planı mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri qızılbaş əyanlarını onların gücünə güvənərək tabe etməyi düşünürdü. Ordudakı islahatlar Avropa nümunəsində hərbi sistem yaratmaq üçün izlənilirdi və bu işdə ingilis Şirli qardaşları şaha yaxından yardım edirdilər. Bunun nəticəsində 1598-ci ildə I Abbas Xorasanda özbəkləri rahatlıqla məğlub etdi. Müharibələr nəticəsində 1590-cı ildə imzalanmış İstanbul sülhü ilə itirilmiş bütün torpaqlar geri qaytarıldı, hətta 1624-cü ildə Bağdad da ələ keçirildi. Bütün bunlar imperiya daxilində maliyyə sisteminin, incəsənətin çiçəklənməsi ilə müşayiət edilirdi. Bu işdə yeni paytaxt şəhəri olan İsfahandakı inşaat işləri də mühüm rol oynayırdı.
I Abbasın ölümündən sonra geriləmə dövrü başladı. Bunun əsas səbəbi isə hərəm sistemi idi ki, buradan qaynaqlanan intiriqalar və maniqulyasiyalar çox zaman yeni dönmələr tərəfindən həyata keçirilirdi. I Səfinin hakimiyyət dövrü isə şahın həyata keçirdiyi şiddət hadisələri və ərazi itkiləri ilə xarakterizə oluna bilər. II Abbasın dövründə isə dini dözümsüzlük hadisələri peydə olmağa başladı. Bu hallar zimmilərə və xüsusən yəhudilərə qarşı idi. Belə vəziyyət Şah Süleyman və Şah Hüseynin dövründə də davam etdi. Daxili üsyanlar, dövlət daxilində özbaşınalıq, xüsusilə ruslar, hollandlar, portuqallar tərəfindən həyata keçirilən xarici müdaxilələr, əfqan üsyanı XVIII əsrin əvvəllərində çox zəifləməsinə və 1722-ci ildə paytaxtının işğal altına düşməsinə səbəb oldu.
Memarlıq və şəhərsalma
Şah İsmayılın dövründə İlk Səfəvi şahı Şah İsmayıl dövləti yaratdıqdan dərhal sonra müqəddəs şiə məkanlarının yenidənqurulmaları üçün maliyyə ayırmağa başladı. 1508-ci ildə Kərbəla və Nəcəf, bir qədər sonra Samarra, Məşhəd şəhərlərindəki şiə abidələri yenidən inşa edildi. Belə hərəkətlə Şah İsmayıl Teymuri ənənələrini yaşadırdı. Şah İsmayılın memarlığın digər sahələrindəki fəaliyyəti demək olar ki, yox idi. Bunun bir səbəbi də onun ölkəni fəth etməsi zamanı demək olar ki, böyük dağıntılara məruz qalmaması idi. Yeni dövlətin paytaxtı olan Təbriz şəhəri Elxanilərin, Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, Teymurilərin paytaxtlarından olmuşdu və buna görə də, dövlətə inzibati baxımdan nə lazımdırsa şəhərdə o infrastruktur mövcud idi. Həmçinin Şah İsmayıl Ərdəbil şəhərini sülalə mərkəzi halına gətirərək orada Şeyx Səfi məzarının ətrafında böyük ziyarət yeri və məqbərə tikdirərərək, atası Şeyx Heydərin də məzarını 1509-cu ildə oraya köçürdü. O, həmçinin Quran və hədis oxumaq üçün tikilmiş Dar-ul Huffaz mərkəzinin də tikintisini də həyata keçirmişdir. Şübhəsiz ki, qəbri onun ölümündən qısa müddət sonra yaradılsa da, öz məzarını tərtib edən də o idi. İsmayıl həmçinin 1520-ci ildə xarici bəzəkləri yoxa çıxmış, lakin mehrabda qədim stükkodan istifadəni və keramika mozaikasında arabesklərin zərif dekorasiyasını birləşdirən Məscid-e Cameh de Savenin bərpasını da həyata keçirmişdir. Savenin başqa bir məscidi olan Məscid-e meydan da 1510–1518-ci illərə aid kitabələrə görə oxşar bir mehrabla bəzədilmişdi.
Şah İsmayılın arvadının qardaşı Durmuş xan Şamlı bu inşaat əksikliyini bir qədər ortadan qaldırdı. O, inşaatlara 1503-cü ildə başlamışdı. İsfahanın hakimi olsa da, daha çox Təbriz sarayında yaşayan bu qızılbaş sərkərdəsi İsfahanın idarəsini dövrünün böyük memarı olan Mirzə Şah Hüseyn İsfahanıyə buraxmışdı. Bu memar 1512–1513-cü illərdə Harun-e Vilayət məqbərəsini inşa etdirdi. Qərbli səyahətçilər tərəfindən böyük bir ziyarət yeri kimi (müsəlmanlar üçün olduğu qədər, xristian və yəhudilər üçün də) təsvir edilən bu abidə ənənəvi üslubda ucaldılmışdı — qübbənin altında dairəvi zal yerləşirdi. Hal-hazırda mövcud olmayan iki minarə də abidədə olmuşdur. Ümumi olaraq isə, Harun-e Vilayət Teymuri dövrünün ənənələrini özündə yaşatmaqda idi. Kor tağlarla kəsilmiş fasad, Yəzd məscidində olduğu kimi, əsas dekorasiya ilə birləşir. Yaxınlıqdakı Məscid-i Əli məscidi 1522-ci ildə həmin komandirin əmri ilə tamamlandı.
Şah Təhmasibin dövründə Öz sələfi kimi I Təhmasib də memarlıq məsələlərinə o qədər də maraqlı deyildi, o, hakimiyyətinin birinci mərhələsində yalnız bəzi bərpa və təmir işləri ilə kifayətlənmişdi. Onun dövründə Kirmandakı, Şirazdakı, İsfahandakı böyük məscidlər, Məşhəd və Ərdəbildəki ziyarətgahlar onun diqqət mərkəzində olmuşdur. Ərdəbildə Şah İsmayılın dəfn qülləsi ucaldılmışdır. Bu qüllənin Şah Təhmasibin hakimiyyətinin ilk illərində verdiyi əmrlə ucaldıldığını təxmin etmək mümkündür, lakin bu əmrin dəqiq ili bilinməməkdədir. O, sülalənin banisinin dəfn qülləsinin düz yanında yerləşir və bu yaxınlığa görə ölçülü diametrə malikdir. Ölçü baxımından hündür, üç kiçik üst-üstə qoyulmuş günbəzdən ibarətdir və monotonluğun qarşısını almaq üçün çoxsaylı registrlərə bölünmüş keramika dekorasiyasına sahibdir. Dekorativ keramikanın sarı rəngi isə tamamilə yeni elementdir. Həmçinin Ərdəbildə yerləşən Cənnət Saray da Şah Təhmasiblə əlaqələndirilir. Ona daxil olan binalar və bağlar XVIII əsrdə ziyan görsə də, sonradan təmir edilmişdir. Mortona görə, abidənin şimal-şərq hissəsində onun 1536–1540-cı illərə aid olduğu qeyd edilmişdir. Buranın nə üçün istifadə edildiyi müəyyən suallar ortaya çıxarmaqdadır, çünki Avropa qaynaqlarında məscid kimi istifadə edildiyi bildirilsə də, yerli qaynaqlarda bu haqda məlumat yoxdur. Məşhur Ərdəbil xalçaları da bu yerlərdə hazırlanmaqdadır.
Həmçinin Şah İsmayıla 1555-ci ilə qədər imperiyanın paytaxtı olmuş Təbrizdə yerləşdiyi bildirilən başqa bir saray da aid edilməkdədir. Saray barədə yeganə məlumatı italyan səyyah Miçele Membre verməkdədir. 1539-cu ildə Təbrizi ziyarət edən Membre sarayın divarlarla əhatlənmiş bağdan ibarət olduğunu, iki böyük qapının şərqdəki meydana çıxdığını və orada yeni məscidin tikildiyini bildirmişdir.
Hakimiyyətinin son dönəmində I Təhmasib Səadətabad bağlarını tikdirmişdi. Digər Səfəvi bağları kimi kanallar və dar cığırlarla 4 yerə bölünmüş bağ xalça-bağlar sisteminə malik idi. Buraya hamamlar, dörd qapalı gəzinti yolu və üç əyləncə pavilyonu daxildir: Gombad-e Muhabbat, Eyvan-e Bağ və Çəhəl Sütun. 1556-cı ildə tikilmiş sonuncunun adı "qırx sütunlu saray" mənasını verir, bu ad gölməçədə əks olunan iyirmi sütunun olması ilə izah olunur. Səfəvi ənənəsində qırx rəqəmi çox vaxt böyük miqdar mənasında işlənir. Bu kiçik tikinti bir mənada ziyafətlər və daha çox şəxsi istifadə üçün tamaşaçılar yeri kimi xidmət etdi. Sarayın divarları müxtəlif dastanlardan, oyunlardan, festivallardan və döyüşlərdən olan səhnələrlə bəzədilmişdi.
Nain şəhərində dörd eyvanla dizayn edilmiş hakimin evi, şübhəsiz ki, 1565–1575-ci illər arasında nadir və çox mürəkkəb bir texnikadan istifadə edərək hazırlanmış abidələrə nümunə ola bilər: qırmızı boya qatının üzərinə rəssam ağ örtük çəkmiş və sonra bu kitablardakı və parçadakı motivləri xatırladan motivlər kimi qırmızı siluetdə motivlərin görünməsinə imkan vermək üçün həfifcə cızılmışdır. Burada heyvan döyüşlərinə, taxt-taclı şahzadələrə, ədəbi səhnələrə (Xosrov və Şirin, Yusif və Züleyxa), polo oyununa, ov səhnələrinə və s. rast gəlinir. Diqqət çəkən bir digər məqam ondan ibarətdir ki, siluetlərin əyri olması və qızılbaşlara xas olan baş geyiminin göstərilməmişdir. Naxışları arasında şair Hafizin dördlüklərinin xəttatlar tərəfindən hazırlanmış təsvirləri də vardır.