Atlasov adası (Alaid adasıПоспелов Е. М. Географические названия мира. Топонимический словарь. / отв. ред. Р. А. Агеева. — М.: Русские словари, 1998. — С. 47. — 503 с. — 3000 экз. — ISBN 5-89216-029-7., Аraidoto) — Böyük Kuril adalarının ucqar şimal nöütəsini təşkil edən ada. Ada həmçinin Kuril adaları tərkib hissəsini təşkil edir. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir.
Adanın sahəsi 150 km² təşkil edir. Dairəvi formaya malik olaraq diametri 14 kilometrdir. XXI əsrdə adada yaşayım yoxdur. Əvvəllər isə adada Atlasov yaşaşayış məntəqəsi və Devyatka sərhəd zastavası olmuşdur. Adadan 20 kilometr cənub-şərqdə Paramuşir adası yerləşir.
Lovbər atmaq üçün əlverişli yerləri yoxdur.
Ada vulkanik suxurlardan təşkil olunmuşdur.
Ayaqlar altında bəzi bitkilər sıx alcaqboylu kolluqlar yaradır. Dağ terrasları və təpələrdə: Mərcangilə, Festuca, Bistorta vivipara, Geranium, rododendron, cır qaragilə, Pediculáris, Empetrum və s . yayılmışdır.
Adada gəmisicilər və tülkü yaşayır. Ada özünün rus adını bölgələ avropalılar arasında ilk dəfə gələn Vladimir Vladimiroviç Tlasonun şərəfinə adlandırılmışdır. thumb|300px|none|Atlasov adası kosmosdan. 1992 i.
Alaid vulkanı Ada bütünlüklə bir vulkanın konusunu təşkil edir. Alaid vulkanı Kuril adalarının ən hündür nöqtəsini təmkil edir (2339 м). 1778-ci ildə baş vermiş püskürmə nəticəsində konus zədələnmişdir. XVIII əsrdə vulkan 10 dəfələrlə püskürmüşdür. Sonuncu dəfə vulkan 23 avqust 1997-ci ildə püskürmüşdür. Kiçik titrəyişlər isə 31 oktyabrdan 19 dekabr 2003-cü il müddətində qeydə alınmışdır. 5 oktyabr 2012-ci ildə vulkabdan tüstü və qaz çıxır. 15 oktyabrda bu peykdən qeydə alınır. 2015-ci ilin sentyabrında zəif püskürmə müşahidə edilir.
Burada olan konuslar: Qoto, Misuto, Maru, Suribaçi. Hündürlükləri 49–315 metr arasında dəyişir.
Alaid haqqında əfsanə thumb|Alaidin ürəyi Bəzi əfsanələrə görə Alaid Kamçatkanın cənubunda Kuril gökündə yerləşirdi. Ən hündür olması və onun qonşularına gələn işiğın qarşısənə kəsdiyindən qonşuları onu qovmuşdur. Digər əfsanədə isə onun dənizin ortasına atılmasının səbəbini onun gözəlliyində görülür. Həqiqətəndə ada kənardan gözəlliyi ilə insanı cəlb edir. O daş ürəyini Kamçatkada saylayaraq Oxot dənizi istiqamətinə uzaqlaşmışdır. Təbii ki bu əfsanələrdə həqiqət yoxdur. Çünki Kuril gölü sadəcə bir kalderadır ki, 11 000 il öncə formalaşmışdır.
Ədəbiyyatda Struqaski qardaşlarının elmi-fantastik hekayəsində "Alaidin ağ konusu" hadisələr Atlasov yaxınlığında yerləşən Şumşu adasında cərəyan edir.
Mənbə Adanın təsviri. Xəritə. Şəkillər. Şimali Kurilin vulkanları: Alaid Alaid at Global Volcanism Program "Alaid adası" rəsmi
İstinadlar
Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar