() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Arealı Asiyada Nepalın qərbi, Assam, Şərqi Himalay, Birma və Çində yayılmışdır.
Xarici görünüş Uzunluğu 60 sm, quyruqları 18 sm təşkil edir. Bədənlərində 18 cərgə pulcuq olur. Bu isə sürünənlər üçün qeyri adidir. Kiçik başı və ensiz quyruqları olur. Burunları iri olur. Dairəvi formaya malik olurlar. Ön və arxa ətraflar iti caynaqlara sahib olur. Digər sürünənlərdən fərqli olaraq yaxşı inkişaf etmiş qulaq seyvanına malikdirlər.
Xüsusiyyətləri Qidalanma yeri Enliyarpaq və subtropik meşələrdə yayıllırlar. Nepalın təpəlik ərazilərində onlara rast gəlmək mümkündür. Səbəb isə bölgədə çoxlu termit yuvaları mövcuddur.
Çində onları oyuq qazan canlılar kimi tanıyırlar. Öz güclü əlləri və iti dırnaqları ilə uzunluqları 8 m olan yuva qaza bilirlər. Bu tip oyuğu 3–5 dəqiqəyə qaza bilirlər. İçəri daxil olan canlı elə oradan ehmalca girişi bağlaya bilir.
Həyat tərzi Həyatı barədə məlumat olduqca azdır. Bu onların gecə həyatı sürməsi ilə əlaqədardır. Astagəl hərəkətə malik canlılardır. Demək olar ki, aqressivlik nümayiş etdirmirlər. Üzərlərinə hansısa yırtıcı düşərsə, bükülərək öz qalın pulcuqlarına arxayın olurlar. Pulcuqlar bütün bədəni əhatə edir. Əsasən yer üstü canlılardırlar. Ancaq bəzi hallarda ağaca belə çıxırlar. Digər kələzlər kimi Çin kələzləri də qarışqa və termitlərlə qidalanır. Onlar həm də öz dırnaqlarında termitlərin yuvalarında dəlik açmaq məqsədi üçün istifadə edirlər. Sonra uzun dillərini dəlikdən içəri salaraq şikarını yeyirlər. Dilin uzunluğu 25 sm təşkil edir.
Çoxalması Nepalda aprel-may aylarında bala verir. Balanın uzunluğu 45 sm, uzunluğu usə 1 fut təşkil edir. Balalar doğularkən belə pulcuğa sahib olurlar. İlk iki gün balalar olduqca zəif olur. Doğulan andan hərəkət etmək istəyən balaları anası quyruğu və belində gəzdirir. Erkəklər də balalarına qarşı şəfqətli davranır.
Statusu Təhlükədə olan növ olaraq () qeydə alınmışdır. Onların həyatı üçün əsas təhlükə ətlərinə görə ovlanmaları və yaşadığı bölgələrin mənimsənilməsidir.
Qalereya
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları