İmamqulubəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası İmamqulubəyli yaşayış məntəqəsi XIX əsrin əvvəllərində 104 ailədən ibarət qaradolaq tayfasına mənsub olan ailələr tərəfindən salınıb. Çar hökuməti həmin ailələrin idarəsini İmamqulu bəyə 5 illiyə vermişdi. Bundan sonra həmin qaradolaq ailələri İmamqulubəyli adlanmışdır. Sonralar imamqulubəylilər bir neçə eyni adlı kəndlər yaratmışlar. Hazırda Ağdam və Bərdə rayonlarında da İmamqulubəyli kəndi vardır.Nazim Tapdıqoğu. Ağcabədi Ensiklopediyası. Bakı: Təhsil NPM, 2007

Tarixi

Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.

Əhalisi 1500 nəfərdən çox. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və baramaçılıqla məşğul olur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağcabədi rayonunun kəndləri