Cenndi Tartakovski (d. 17 yanvar 1970), ABŞ animatoru, cizgi filmi ssenaristi və rejissorudur.

Tartakovski, Rusiyada yaşayan yəhudi ailənin uşağıdır. 7 yaşında olarkən ABŞ-yə köçmüşdülər. Liseyi Çikaqo-da oxumuşdur və sonra Kaliforniyaya gedərək orada Kaliforniya Sənət İnstitutu-nu bitirmişdir. Craig McCracken və Rob Renzetti ilə məktəbdən dostdular. Daha sonra Cartoon Network Amerikada yayımlanan "What A Cartoon" adlı şouda''Deksterın Laboratoriyası''nın təməllərini atdı və iki il sonra 1996-da "Deksterin Laboratoriyası" Cartoon Network-da yayımlandı. Daha sonra 2001-ci ildə "Samuray Cek" adlı cizgi filmi yaratdı və son olaraq da 2003-cü ildə "Ulduz Müharibələri:Klon Müharibələri''-nin ilk seriyasını yaradanlardandır. 2005-ci ildə bu cizgi filminin bitməsindən sonra Rusiyaya geri dönmüşdür. Tartakovski Craig McCrackennin ''Powerpuff Girls'' cizgi filminin bəzi bölümlərində rejissorluq etmişdir. "Samuray Cek" və "Deksterin Laboratoriyası" cizgi filminə görə Emmy mükafatı qazanmışdır. Evlidir. Arvadı Daun Deviddir.

Filmləri The Power of the Dark Cyrstal (2011) İşi: Rejissor Dəmir adam 2 (2010) İşi: Eskiz sənətçisi Powerpuff girls movie (2002) Işi: Animasiya rejissoru The Freaky Family

Cizgi filmləri Transilvaniya Oteli (2012-) : Rejissor Sym-Bionic Titan (2010) : Rejissor Ulduz Müharibələri: Klon Müharibələri (2003-2005) Rejissor, Ssenarist Samuray Cek (2001-2004) Prodüser, Yaradıcı, Rejissor İnək və Toyuq (1998-1999) Powerpuff girls (1998-2001) Prodüser, Rejissor Deksterin Laboratoriyası (1996-1998) və (2001-2003) Prodüser, Yaradıcı, Rejissor Kritik (1994-1995) Iki Axmaq it (1993-1994) Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər