Transilvaniya oteli — 2012-ci ildə Sony Pictures Animation tərəfindən istehsal olunan, fentezi və komediya janrında 3D kompüter animasiyasıdır. Filmin rejissoru Cenndi Tartakovski, prodüseri isə Mişel Murdokkadır. Cenndi Tartakovski Samuray Cek, Deksterin Labaratoriyası vı Sym-Bionic Titan cizgi filmləri ilə tanınır. Filmi səsləndirənlər Adam Sendler, Endi Semberq, Selena Gomez, Kevin Ceyms, Fren Dreşer, Stiv Buşemi, Molli Şennon, Devid Speyd və SiLo Qrindir.
Məzmun Hekayəni izah edən Kont Drakuladır. Otel sahibi olan Drakula qızının 118-ci ad gününü keçirmək üçün ən məşhur bədheybətləri dəvət edir. Ancaq gözlənmədiyi bir şəkildə, Conatan adlı adi 21 yaşında insan səyyah oteli ziyarət edir. Drakula otelin qonaqlarını təhlükəyə atmamaq üçün qalada insan olduğunu heç kimin bilməməsini təmin edib, Meyvisin Conatan adındakı insana aşiq olmasını əngəlləyib, otelin gələcəyini qurtarmalıdır.
Haqqında Film 28 sentyabr 2012-ci ildə Columbia Pictures tərəfindən təqdim edilmişdir. Ümumi olaraq xalq müsbət ikən, tənqidçilər tərəfindən qarışıq kritik qəbul edildi. Tənqidlərə baxmayaraq, Transilvaniya oteli 85 milyon büdcə ilə edilib, 358 milyon qazanc əldə etmişdir. Həftə sonu ən yüksək gəlir əldə edən film olmuşdur. Film Ən Yaxşı Animasiya Filminə görə Qızıl Qlobusa namizəd göstərildi.
Səsləndirənlər Adam Sendler — Qraf Drakula Endi Semberq — Conatan (Coonnişteyn) Selena Qomez — Meyvis Kevin Ceyms — Frenk/Frenkenşteyn Fren Dreşer — Enays Stiv Buşemi — Ueyn Molli Şennon — Vanda Devid Speyd — Görünməz adam Qriffin SiLo Qrin — Mumiya Mürrey
Xarici keçidlər
Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:ABŞ-nin fentezi komediya filmləri Kateqoriya:İngilis dilində fentezi komediya filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Zombi haqqında filmlər Kateqoriya:Krossover filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin bədheybət filmləri Kateqoriya:2012-ci ilin komediya filmləri Kateqoriya:2010-cu illərin fentezi komediya filmləri Kateqoriya:Tətil filmləri Kateqoriya:Mumiya haqqında filmlər Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri