Elmira Məhəmmədova () — 1995–1996-cı illərdə Azərbaycanı təmsil edən qadın güləşçi.

Karyerası Elmira Məhəmmədova 1995-ci ildə Rusiyada baş tutan Dünya Çempionatında mübarizə apardı və turnirin nəticələrinə əsasən 14 idmançı sırasında çempionatını 8-ci pillədə başa vurdu.

1996-cı ildə isə Elmira Məhəmmədova Norveçin Oslo şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə Norveç nümayəndəsi İne Barli üzərində qələbə qazanaraq Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elmira Məhəmmədova həm də Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.

24 yaşında idmanla vidalaşan Elmira Məhəmmədova hal-hazırda Rusiyada məşqçi olaraq çalışır. Onun yetirməsi Zamirə Rəhmanova 2011-ci il Dünya Çempionatının qalibi olub.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11995Dünya Çempionatı Rusiya8.21996Avropa Çempionatı Norveç3.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Rusiya əməkdar məşqçiləri