Nurməhəmməd Murtuzəliyeviç Hacıyev () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Azərbaycan Güləş Federasiyası (AGF) 2013-cü ildə Nurməhəmməd Hacıyevi yeniyetmələr arasında Azərbaycan Çempionatında mübarizə aparmağa səvət etdi və Nurməhəmməd Hacıyev həmin turnirin qalibi oldu. Bundan sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin il Nurməhəmməd Hacıyev Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatını isə bürünc medalla başa vurdu.

Bir il sonra, 2014-cü ildə Nurməhəmməd Hacıyev Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu, Serbiyada isə gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. Nurməhəmməd Hacıyev həmin il həm də gənclər arasında Azərbaycan Çempionatının qızıl medalına sahib oldu.

2015-ci ildə növbəti dəfə gənclər arasında Azərbaycan Çempionatının qalibi olan Nurməhəmməd Hacıyev martda Polşada U23 Avropa Çempionatının gümüş medalına sahib oldu. İyunda Nurməhəmməd Hacıyev Birinci Avropa Oyunlarını beşinci pillədə başa vurdu. Həmin mövsüm Nurməhəmməd Hacıyev avqustda Braziliyada gənclər arasında Dünya Çempionatının qızıl, noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medallarına sahib oldu.

Nurməhəmməd Hacıyev 2016-cı il ərzində Belarusda A. Medved Turnirinin, Bolqarıstanda U23 Avropa Çempionatının, Almaniyada isə Almaniya Qran-Prisinin qızıl medallarına sahib oldu. 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olan Nurməhəmməd Hacıyev 2018-ci ildə Avropa Çempionatlarında debüt etdi. Rusiyada baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Nurməhəmməd Hacıyev həmin il həm də Kiyev Turnirinin, həmçinin Rusiyada D. Korin və V. Semenov beynəlxalq turnirlərinin də qalibi oldu.

2019-ci il ərzində Nurməhəmməd Hacıyev Rumıniyada Avropa Çempionatının bürünc, Belarusda Avropa Oyunlarının isə gümüş medallarına sahib oldu. 2020-ci ilin fevralında İtaliyada Avropa Çempionatını beşinci pillədə başa vuran Nurməhəmməd Hacıyev 2020-ci ildə idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan12013Yeniyetmələrin Avropa Çempionatı Monteneqro1.2Yeniyetmələrin Dünya Çempionatı Serbiya3.32014Gənclərin Avropa Çempionatı Polşa1.4Gənclərin Dünya Çempionatı Serbiya5.52015U23 Avropa Çempionatı Polşa2.6Avropa Oyunları Azərbaycan5.7Gənclərin Dünya Çempionatı Braziliya1.8Qızıl Qran-Pri Azərbaycan2.92016A. Medved Turniri Belarus1.10U23 Avropa Çempionatı Bolqarıstan1.11Almaniya Qran-Prisi Almaniya1.122017İslam Həmrəyliyi Oyunları Azərbaycan1.132018Kiyev Turniri Ukrayna1.14Avropa Çempionatı Rusiya3.15D. Korin Turniri Rusiya1.16V. Semenov Turniri Rusiya1.172019Avropa Çempionatı Rumıniya3.18Ə. Əliyev Turniri Rusiya3.19Avropa Oyunları Belarus2.202020Avropa Çempionatı İtaliya5.

İstinadlar

Kateqoriya:Rusiyanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında gümüş medal qazananlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Avropa Oyunlarının gümüş medalına sahib Azərbaycan idmançıları