PandaBoard — Texas Instruments OMAP4430 (ARM Cortex-A9 nüvəli) bazasında yaradılmış bir-lövhəli və ucuzlu kompüterdi. 2010-cu ilin oktyabrında (subsidiya olunmuş) qiyməti 174 $ təşkil edirdi. Developerlər üçün nəzərdə tutulub.
PandaBoard ES — OMAP4460 (çip üzərində sistem (SoC)) bazasında yaradılmış lövhənin daha yeni versiyasıdır, hardakı mərkəzi və video nüvə daha yüksək tezlikdə işıəyir. 2011-ci ilin noyabrından 182 $ qiymətində satışda mövcuddur.
Xüsusiyyətləri İlk versiyada 1 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi ARM Cortex-A9 MPCore və 304 MHz tezliyində işləyən SGX540 qrafik nüvəli OMAP4430 prosessoru, C64x siqnal prosessoru və 1 GB RAM (DDR2 SDRAM) vardır.
PandaBoard ES isə 1.2 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi və 348 MHz tezliyində işləyən qrafik nüvəli OMAP4460 prosessorundan istifadə edilir.
Məlumatların saxlanması üçün SD kartdan istifadə edilir. SDHC tipli 32Gb-tadək yaddaş kartları dəstəklənir.
Lövhə üzərində 10/100 Ethernet, Wi-Fi, Bluetooth vardır. Lövhənin ölçüləri 114×102 mm təşkil edir, bu ETX/XTX form-faktorundan azacıq böyükdür.
Videosiqnal DVI и HDMI konnektorları üzərindən ötürülür. Səs üçün isə 3.5 mm audio-cıxış istifadə edilir. Həmçinin host rejimində işləyən iki USB 2.0 portda vardır, hansı ki, onlardan biri USB On-The-Go. rejimində işləyə bilər.
Dəstəkləyən ƏS: Android (Linaro), Ubuntu (Linaro), RISC OS 5, QNX Neutrino 6.5.0,, OpenBSD.
SGX540 qrafik prosessoru HDMI interfeysi üzərindən 1080p formatılı videoları dəstəkləyir. Dəstəklənən texnologiyalar: OpenGL ES 2.0, OpenGL ES 1.1, OpenVG 1.1 и EGL 1.3.
Həmçinin bax BeagleBoard Raspberry Pi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bir-lövhəli kompüterlər