Beagle board — Texas Instruments və Digi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır. 

Xüsusiyyətləri Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. .

Lövhədə aşağıdakı konnektorlar mövcuddur: S-VIDEO HDMI SD/MMC yaddaş kartları üçün slot USB OTG RS-232 JTAG 3,5 mm in/out audio. DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur. 

Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür.

27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü. Ən əsas fərq ölçülərinin daha böyük olması 82.5 х 82.5 mm, prosessorun artmış sürəti (720 MHz əvəzinə 1 GHz), artırılmış RAM yaddaşı (256 Mb əvəzinə 512 Mb), Ethernet RJ-45 konnektoru və  4 portlu USB-xab. Həmçinin yeni lövhədə daimi yaddaş yoxdur, buna görə də ƏS və istifadəçinin məlumatlarını xarici yaddaş qurğusu olan microSD -kartda saxlamaq lazımdır.

Xarakteristika

С4 reviziyası thumb|300x300px|BeagleBoard-ın təsviri Çip üzərinə çip  (Mərkəzi Prosessor/Yaddaş) Prosessor TI OMAP3530 — 720 MHz ARM Cortex-A8 nüvəli MSP TMS320C64x+ — 520 MHz, 720p @ 30 fps qədər video-məlumatların emalı PowerVR SGX qrafik prosessor OYQ — 256 MB LPDDR 256 MB NAND FLASH Periferiya konnektorları DVI-D (HDMI, maks. ekran çozümü 1280 x 1024 piksel) S-Video USB OTG (mini AB) USB SD/MMC 3,5 mm stereo auidio konnektoru, giriş\cıxış RS-232 JTAG 5 V qida bloku üçün konnektor yeri Developerlər üçün məlumat Yükləyici DYQ -da yerləşir ƏS -nin  yüklənməsi NAND yaddaşdan, SD/MMC, USB vəya ardıcıl port üzərindən ola bilər. Aşağıdakı distributivlərlə işləyə bilər Linux: Android, Angstrom Linux, Ubuntu, Gentoo, Maemo. Həmçinin mümkündür: Windows CE, Symbian, QNX.

xM reviziyası thumb|-xM board

Çip üzərinə sistem (Mərkəzi Prosessor/Yaddaş) Prosessor TI DM3730 — 1 GHz ARM Cortex-A8 nüvəli MSP TMS320C64x+ — 800 MHz, 720p @ 30 fps qədər videoməlumatların emalı PowerVR SGX qrafik prosessor OYQ — 512 MB LPDDR 4 GB -lıq microSD kartı Angstrom Linux ƏS ilə birgə Periferiya konnektorları DVI-D (HDMI, maks. ekran çozümü 1280 x 1024 piksel) S-Video USB OTG (mini AB) 4 USB port microSD/MMC kartları üçün qoşqu yerı 3,5 mm stereo auidio konnektoru, giriş\cıxış Kamera qoşmaq üçün qoşqu yeri Əlavələr slotu Ethernet RJ-45 RS-232 JTAG 5 V qida bloku üçün konnektor yeri

Oxşar lövhələr IGEPv2 — daha böyük ölçülü lövhə, daha çox RAM, Bluetooth, Wi-Fi, USB Host, Ethernet və microSD. ICETEK Mini Board Embest DevKit8000

İstinadlar

Xarici keçidlər BeagleBoard.org

Həmçinin bax Arduino

Kateqoriya:Bir-lövhəli kompüterlər