Məryəm bədii teleserialı 2016-cı ildə Şahin Qəhrəman tərəfindən ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyasında Məryəm serialı haqqında istehsal edilmişdir. Ekran əsərində, gündəlik həyatımızda qarşılaşdığımız ailə-məişət problemləri, ailə münaqişələri və onların çözüm yolları öz əksini tapır. Əsas rolları Günəş Mehdizadə, Azər Aydəmir, Rasim Cəfərov, Nəsibə Eldarova, Səbinə Məmmədova ifa edirlər.
Məzmun "ATV" kanalında yayımlanan və dram janrında olan seriallardan biri də "Məryəm" adlanır. Serialın prodüseri, Həsən Axundovun, verdiyi məlumata görə, çəkilişləri Bakı şəhərində həyata keçirilən ekran işinin mövsümün sonuna qədər yayımlanacağı planlaşdırılır. "Ekran əsərində, gündəlik həyatımızda qarşılaşdığımız ailə-məişət problemləri, ailə münaqişələri və onların çözüm yolları öz əksini tapır. Serialın hər bölümü tamaşaçılara müxtəlif hisslər: sevgi, nifrət, gülüş və göz yaşları yaşadır." Altı ildir ailə qurmasına baxmayaraq uşağı olmayan Məryəm qaynanası ilə yola getmir. Nəsibə (Məryəmin qaynanası) onu oğlundan — Azərdən (Məryəmin yoldaşı)ndan ayırmağa çalışır. Mübahisə edərkən Azər Məryəmə əl qaldırır və Məryəm evdən çıxıb İlqargilə (Məryəmin qardaşı)gilə gedir. Validə (İlqarın həyat yoldaşı) çalışır ki, Məryəmi öz evindən uzaqlaşdırsın. Nəsibə Azərin başını doldurur ki, həyat yoldaşını boşasın. Əvvəl Azər anasının bu istəyilə razılaşmasa da, sonralar hadisələrin gedişatından o boşanmaq qərarına gəlir. Nuray (Məryəmin rəfiqəsi) Azəri sevdiyi üçün Nəsibə xanımla birləşərək Məryəmə qarşı tələ qurur.
Film haqqında Serial yazıçı və kino ssenarist Nicat Dadaşovun eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti Rejissor: Şahin Qəhrəman Ssenarist: Nicat Dadaşov, Cəmil Məmmədli Operator: Orxan Məmmədov Prodüser: Həsən Axundov Rəssam: Səbinə Abbasova Bəstəkar: Murat Engin Montaj: Əli Teymursoy
Rollarda Günəş Mehdizadə — Məryəm Azər Aydəmir — Zaur Rasim Cəfərov — Azər Nəsibə Eldarova — Nəsibə Səbinə Məmmədova — Nuray
Kamilə Babayeva — Selin
Tural Baxış — Kamal
Abbas Qəhrəmanov — Fəxrəddin
Kazım Abdullayev — Vidadi
Ziya Ağa — İlkin
Pərvanə Talıbzadə — Könül
Səfa Mehdi — Rüfət
Elşən Rüstəmov— Hikmət
Gülər Nəbiyeva — Validə Faiq Mirzəyev — İlqar
Gülarə Məmmədova — Nərmin
Şəfəq Əliyeva — Mehriban
Elçin Muradov — Tural
Ötkəm İsgəndərov — Hüseyn
Gülmira Fərzəliyeva — Gülnar
Nəzakət Məmmədli — Aysel
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri