Fumlile Ndzinisa (d. 21 avqust 1992; Hoho, Esvatini) — Esvatinii təmsil edən yüngül atlet (sprinter). Fumlile Ndzinisa Esvatinii 2012 və 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi.

Həyatı Fumlile Ndzinisa 1992-ci ilin 21 avqust günündə Esvatiniin Hoho vilayətində anadan olub.

Karyerası Fumlile Ndzinisa birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında Ndzinisa 400 metr məsafəyə qaçış yarışlarında 53.95 nəticə göstərdi və 6-cı yeri tutdu.

Fumlile Ndzinisa növbəti Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Ndzinisa bu səfər 100 metr məsafəyə qaçışda qüvvəsini sınadı və 12.49 saniyə nəticə ilə 5-ci yeri tutdu.

Fumlile Ndzinisa Rio-de-Janeyro Olimpiadasının bağlanış mərasimində Esvatiniin dövlət bayrağını apardı.

İstinadlar

Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər