Vasif Durarbəyli () — Azərbaycan şahmatçısı, qrosmeyster (2010).
Qrosmeyster titulunu 18 yaşadək oğlanlar arasında keçirilən Dünya Çempionatında qazanmışdır. Vasif 2013-cü ildə Dünya Kubokunun birinci mərhələsində Anton Korobova məğlub olmuşdu.
Həyatı Vasif Durarbəyli 24 fevral 1992-ci ildə Sumqayıtda anadan olub.
1999-cu ildə Sumqayıt şəhər 36 saylı tam orta məktəbi bitirib, 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2013–2014-cü illlərdə həqiqi hərbi xidmət keçmişdir.
2014–2019-cu illərdə ABŞ-ın Vebster Universitetində iqtisadiyyat və maliyyə ixtisasları üzrə bakalavr və magistr təhsili almışdır. Hazırda ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində yaşayır.
Karyerası Vasif Durarbəyli 1998-ci ildə 6 yaşında şahmatla məşğul olmağa başlayır. İlk müəllimi və məşqçisi atası Sabir Durar oğlu Ələkbərov olub.
Bir neçə dəfə Azərbaycan Millli Komandasının üzvü olub. 14 yaşında Azərbaycanın olimpiya şahmat komandasında çıxış etmişdir və nəticədə, bu komandanı təmsil etmiş ən gənç oyunçu kimi rekorda sahibdir.
2007-ci ildə 15 yaşında Baynəlxalq Usta (IM), 2010-cu ildə 18 yaşında qrosmeyster (GM) adını qazanıb.
Hazırda şahmatçı karyerası ilə yanaşı məşqçilik də edir. 2025-ci ildə "ChessEver" və "64seven.com" platformasını qurub.
Nailiyyətləri Karyerası boyunca Durarbəyli bir sıra nüfuzlu şahmat turnirlərində, o cümlədən. iki dəfə (2021 və 2023-cü illərdə) Azərbaycan Şahmat Çempionatında iştirak edib və qalib gəlib. O, həmçinin 2021-ci ildə keçirilən Dünya Kubokunda ən yaxşı 16 oyunçu arasında yer alıb. Şahmatçı Azərbaycanı bir neçə Şahmat Olimpiadasında təmsil edib.
Əsərləri
Durarbayli, Vasif. "2021 in 52 Games: Best Chess Games of Each Week" ― 13 yanvar 2022
İstinadlar
Xarici keçidlər Vasif Durarbayli. Chess-DB.com Vasif Durarbayli. 365chess.com Vasif Durarbayli. fide.com Vasif Durarbayli. chessgames.com Vasif Durarbayli. chess24.com
Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Şahmat qaralamaları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları