Mirzəhaqverdili — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsində kənd. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Arazbarı kənd inzibati ərazi vahidinin Mirzəhaqverdili kəndi Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.
Toponimikası Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin (1870–1933) mənsub olduğu nəslin məskunlaşması nəticəsində yaranmışdır. Nəslin başçısı Mirzə Haqverdi olmuşdur. Kənd həmin şəxsin adi ilə adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kənd Qarabağ düzündə yerləşir.
İqtisadiyyatı Cəbhə xəttinə çox yaxın olan kəndin təsərrüfatına Qarabağ müharibəsi nəticəsində ciddi ziyan dəymişdir. Kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
2011-ci ilin iyun ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.Ağcabədinin iki kəndinə mavi yanacaq verilib Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağcabədi rayonunun kəndləri