thumb|right|200px|İngilis dilində uşaqlar üçün hazırlanmış anamnez nümunəsi. Anamnez (; ) — Xəstənin həyat şəraiti yaşayış tərzi, xəstəliyinin inkişaf tarixi və s. haqqında özündən və ya onun yaxın adamlarından toplanan məlumat; diaqnozun, proqnozun və müalicə taktikasının düzgün müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.Musayev X. N., Məmmədov M. M., Məmmədova N. A. "Təxirəsalınmaz proktoloji cərrahi xəstəliklər", Bakı, "Təbib", 2016. səh.20
Anamnezin toplanması müəyyən plan üzrə həyata keçirilir. Əvvəlcə xəstəliyin əsas inkişaf mərhələlərinin analizi, müayinə nəticələrinin qiymətləndirilməsi və tətbiq olunan müalicə üsulunun (farmakoloji anamnez) effektivliyi aydınlaşdırılır. Sonra xəstənin fiziki və psixi inkişafını səciyyələndirən əmək və məişət şəraiti (sosial anamnez), zərərli adətləri, həyatının müxtəlif dövrlərində keçirdiyi xəstəliklər, cərrahi əməliyyatlar, aldığı travmalar haqqında ətraflı həyat Anamnezi toplanır. Ailə (irsi) anamnezi, peşə anamnezi, aller qoloji anamnez həyat Anamnezinin tərkib hissələridir. Yoluxucu xəstəlik haqqında şübhə olduqda epidemioloji anamnezin toplanması vacibdir. Kliniki təbabətin bəzi sahələri xüsusi anamnez növlərə ayırmağı nəzərdə tutur. Anam nestik məlumatların diaqnostik və proqnostik əhəmiyyəti onların toplan masının tamlığından və dəqiq liyindən asılıdır.
Həmçinin bax Qreyvs xəstəliyi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Psixologiya Kateqoriya:Tibb təcrübəsi Kateqoriya:Tibbi diaqnostika Kateqoriya:Tibbi terminologiya Kateqoriya:Sahələrinə görə elm tarixi Kateqoriya:Klinik psixologiya Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi